Kilsədə porno film skandalı

 Hollandiyanın Tilburq şəhərində Cozef kilsəsinin günahların bağışlanması otağında porno film çəkildiyi iddiaları böyük etirazlara səbəb olub. Kilsə filmi çəkən prodakşını məhkəməyə verməyə hazırlaşır.

Hollandiyanın Tilburq şəhərində Cozef kilsəsinin günahların bağışlanması otağında porno film çəkildiyi iddiaları böyük etirazlara səbəb olub. Kilsə filmi çəkən prodakşını məhkəməyə verməyə hazırlaşır.

Hollandiyanın "Hollandiyanın qızları" televiziya kanalı bir müddət öncə uşaqlı qadınların daha çox istifadə etdiyi Valibi parkında porno film cekdiyi üçün çox sərt etirazlara məruz qalmışdı. Kanal rəhbəri üzr istəyərək filmin ekranlardan yayımını dayandırmışdı. Yayımı dayandırılan filmin yerinə çəkilən və yayımlanan filmin kilsənin günahların bağışlanması otağında çəkildiyi məlum olub.

Tilburq televizyası tərəfindən yayılan bu xəbərə kilsə etiraz edib. Rahib Jan van Noorvigen bunu çox iyrənc və dəhşət hadisə adlandırıb. Filmin nə zaman çəkildiyini bilməyən rahib, açıqlamasında kilsənin gün ərzində sadəcə bir neçə saat açıq olduğunu bildirib. "İçəri necə daxil olduqlarını bilmirəm. Bura porno filmi çəkiləcək yerdirmi?" - deyə rahib filmi çəkən heyəti məhkəməyə verəcəyini qeyd edib.

Kanal sahibi Kim Holland filmin kənrdan bir rejissorun çəkdiyini bildirərək, üzr istəyib. O, bu filmin də yayımlanmasını dayandırıb.

Rahib isə açıqlamasında " üzrün bir faydası varmı? Məhkəmə cəzalandırdıqdan sonra  bəlkə belə bir şeyə cəsarət etməzlər" - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31