Gündəm
Xalq artisti işdən çıxdı
Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrı ilə olan əməkdaşlığına son verib. Teatrdan “Olaylar” – a verilən məlumata görə Nəzakət Teymurova ötən ilin noyabr ayından ərizəsini yazıb: “Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik.
Mediatur təşkil edilib
Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, mediaturda Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndəsi iştirak edib.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Əməkdar artist vəfat etdi
Ötən gün Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseynov Almaniyanın Frankfurt şəhərində dünyasını dəyişib. Sənətkar bu gün Almaniyanın paytaxtı Berlin şəhərində dəfn olunacaq.
N.Nərimanov küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.
Qoşunların qarşıdurma xəttinə yaxın əraziyə ermənilər tərəfindən partlayıcı qurğu atılıb
Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb.
Pasientlərin hüquqlarının qorunması haqqında” qanuna ehtiyac varmı?
"Azərbaycanda "Pasientlərin hüquqlarının qorunması haqqında” yeni qanun layihəsi hazırlana bilər". Bu haqda Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: "Pasientlərin hüquqlarının qorunması haqqında” qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik”.
Mettis: Suriyadakı xaos Avropanın stabilliyini pozur, amma Rusiyanın xeyirinədir
Suriyadakı silahlı münaqişə Yaxın Şərqin və Avropanın stabilliyini pozur, lakin bu Rusiya və İranın xeyirinədir.
Sevgilisini qayadan atdı- VİDEO
Fransada baş verən hadisə son günlər dünya mətbuatında əsas mövzu olub. Daily Mail qəzetinin məlumatına görə Fransada dəniz kənarında sevgilisi ilə romantik gəzintiyə çıxan gənc qadın, sevgilisi tərəfindən qayalıqlara atılıb.
Terrorçu oğlu ilə birgə gizlənir
İstanbulda gecə Reina gecə klubunda 39 nəfəri öldürən Özbək əsilli terrorçu Abdülkadir Masharipovun axtarışları davam edir.
Türkiyədə növbəti partlayış
Türkiyənin Kocaəli vilayətində fabrikdə partlayış qeydə alınıb. Kocaəlinin Dilovası qəsəbəsində yerləşən fabrikdə partlayış zamanı 1nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
“1500-ə qədər orta məktəbin təmirə ehtiyacı var”
“Son illər ərzində Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə üç mindən çox orta məktəb binasının tikintisi, yenidən qurulması və bərpası həyata keçirilib”.
Türkiyədə benzin və dizel bahalaşır
Sabahdan etibarən Türkiyədə benzin və dizel yanacağının satış qiyməti qalxacaq. Bu barədə Neft Məhsulları İşəgötürənlər Təşkilatı məlumat yayıb. Məlumata görə, benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq. Beləliklə, İstanbulda 1 litri 5,24-5,26 Türkiyə lirəsinə (2,48-2,49 manat) satılan 95 oktanlı benzinin qiyməti 5,38-5,40 TRY-ə (2,55-2,56 manat) yüksələcək. Dizel yanacağının 1 litrinin qiyməti isə 4,57 TRY-dən (2,16 manat) 4,69 TRY-ə (2,22 manat) qalxacaq.
Bakıda müğənnilərə qarşı edilən soyğunçuluğun təfərrüatı məlum olub - YENİLƏNİB
Bakıda müğənnilərə qarşı edilən soyğunçuluğun təfərrüatı məlum olub. Naməlum şəxslər yanvarın 11-də Binəqədi rayonunda "White Palace" şadlıq sarayında keçirilən toy şənliyində iştirak edən məhşur müğənni Ramal İsrafilovu izləyiblər.
Bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür
Naxçıvan Muxtar Respublikası yeni ilə uğurla başladı. Muxtar respublika sakinləri ötən ilin nailiyyətlərinin sevincini yaşadığı bir dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvana səfər etdi. Dövlət başçısı kimi cənab İlham Əliyevin Naxçıvana sayca 13-cü səfəri də muxtar respublikamız üçün çox mühüm əhəmiyyət daşıyan obyektlərin istifadəyə verilməsi ilə yadda qaldı. Ölkə rəhbəri budəfəki səfərində də muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirdi: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanıb. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.














