Mettis: Suriyadakı xaos Avropanın stabilliyini pozur, amma Rusiyanın xeyirinədir

Suriyadakı silahlı münaqişə Yaxın Şərqin və Avropanın stabilliyini pozur, lakin bu Rusiya və İranın xeyirinədir.

Suriyadakı silahlı münaqişə Yaxın Şərqin və Avropanın stabilliyini pozur, lakin bu Rusiya və İranın xeyirinədir. Bu bəyanatla Donald Tramp tərəfindən ABŞ-ın müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürdüyü Ceyms Mettis çıxış edib. ABŞ Konqresi Senatının Silahlı qüvvələr üzrə komitəsinin suallarına Mettisin yazılı cavabında deyilir: "Suriyadakı amansız vətəndaş müharibəsi Yaxın Şərqdə stabilliyi pozur, Avropa və Vaşinqtonun  İsrail, İordaniya və Türkiyə kimi müttəfiqlərinin qeyri-stabil olmasına zəmin yaradır".  Onun fikrinə görə, İŞİD, İran və Rusiya Suriyadakı xaosdan xeyir götürürlər. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31