“1500-ə qədər orta məktəbin təmirə ehtiyacı var”

“Son illər ərzində Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə üç mindən çox orta məktəb binasının tikintisi, yenidən qurulması və bərpası həyata keçirilib”.

"Son illər ərzində Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə üç mindən çox orta məktəb binasının tikintisi, yenidən qurulması və bərpası həyata keçirilib". Bunu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib. O həmçinin qeyd edib ki, bu problemin həllində Heydər Əliyev fondunun da ciddi fəaliyyətini qeyd etmək lazımdır.

Ekspert bildirib ki, təkcə 2016-2017-ci tədris ili başlayanda yüz yeni məktəb binası istifadəyə verilib: "Bütün bunlara yanaşı, hələdə regionlarda qəzalı vəziyyətə olan, normal tədris prosesini həyata keçirmək üçün şəraitin olmadığı məktəb binaları da var. Statistik göstəricilərə görə ölkədə 4500 orta məktəb binası var. Son illər ərzində tikilib, bərpa olunan məktəb binalarının sayının üç min olduğunu nəzərə alsaq, hələ də 1500-ə qədər orta məktəbin təmirə, yenidən bərpa olunmasına ehtiyac olduğunu qeyd etmək olar". 

K. Əsədov əlavə edib ki, bütün fəaliyyəti dövründə ölkədə təhsilin inkişafına böyük diqqət verən ölkə prezidenti bu problemi görür və həlli istiqamətində ciddi şəkildə tapşırıqlar verib: "Belə ki, bu ildən etibarən Bakı şəhərində və regionlarda yerləşən qəzalı vəziyyətdə olan məktəb binaları yeni modul tipli məktəb binaları ilə əvəz olunacaq. Bu modul tipli rekanstruksiyalardan qurulan məktəb binası istifadəyə yararlılıq, ekoloji cəhətdən təmiz və təhlükəsizlik baxımından da çox yüksək səviyyədədir". 

Təhsil eksperti hesab edir ki, ölkə başçısı tərəfindən deyilən - "Qəzalı vəziyyətdə məktəb binası qalmamalıdır", fikri qısa müddətdə həyata keçiriləcəkdir: "Düşünürəm ki, bu sahədə ciddi işlər məhz modul tipli orta məktəb binasının tikintisi ilə həyata keçiriləcəkdir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31