Mediatur təşkil edilib
Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, mediaturda Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndəsi iştirak edib.
13 Yanvar 2017 16:40 SosialAzərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, mediaturda Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndəsi iştirak edib. Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. AzTU-nun rektor əvəzi, Xalıq Yahudovun sözlərinə görə, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir: "Bu ildən başlayaraq I kursda oxuyan bütün tələbələrdən imtahanlar yazılı şəkildə götürülür. Əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Rektor əvəzi bildirib ki, Universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri Universitetin Elektron Portalında yerləşdirilir". Xalıq Yahudov qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb:. Tur zamanı Universitetin İnnovati Təhsil və İKT departamenti ilə də tanışlıq olub. Tur iştiakçıları burada aztu.edu.az saytının imkanları haqqında məlumatlandırılıb. Bildirilib ki, sistem vasitəsi ilə akademik təhsil və imtahan nəticələri vahid mərkəzdə birləşdirilib. Bu yolla tədris prosesində operativlik və tam şəfaflıq təmin olunub.