Terrorçu oğlu ilə birgə gizlənir
İstanbulda gecə Reina gecə klubunda 39 nəfəri öldürən Özbək əsilli terrorçu Abdülkadir Masharipovun axtarışları davam edir.
13 Yanvar 2017 16:29 Dünyaİstanbulda gecə Reina gecə klubunda 39 nəfəri öldürən Özbək əsilli terrorçu Abdülkadir Masharipovun axtarışları davam edir.
Türkiyə mətbuatının məlumatına görə terror hadisəsi olan günü Abdülkadir evdən çıxarkən həyat yoldaşına "gəl, halallaşaq" - deyib. Onun dekabrın son günlərində Bşakşəhərdə ev kiraladığı, hadisədən sonra ailəsinin Zeytunburnuna gətirildiyi məlum olub. Terrorçu Abdülkadir Zeytunburnundakı evə gələrək 4yaşındakı oğlunu özü ilə aparıb. Həyat yoldaşı yaşyarımlıq qızı ilə birgə qalıb.
Ötən gün İstanbul polisi Maltepedə əməliyyat həyata keçirdi. Əməliyyat zamanı terrorçunun həyat yoldaşı və qızı saxlanılıb. Azyaşlı uşağı sığınma mərkəzində qorunur.
Terrorçunun ailəsinə ev dəyişməkdə kömək edən şəxslərin də axtarışı davam etdirilir.