Gündəm
Əziz Əliyev hər zaman Azərbaycançılıq mövqeyindən çıxış edib
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının 205 ümumtəhsil məktəbi arasında yaradılan interaktiv dərsdə Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyatı haqqında şagirdlərə ətraflı məlumat verilib.
İqtisadiyyat naziri Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.
Azercell abunəçiləri arasında 2016-cı ildə müştəri məmnuniyyəti üzrə artım
Hər zaman müştəri xidmətlərinin keyfiyyətinə fikir verən Azercell abunəçilərinin müştəri məmnunluğu 2016-cı ildə artıb. Azercell abunəçiləri arasında müştəri xidməti nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, Azercellin Müştəri Xidmətlərinin işi yüksək qiymətləndirilib. Belə ki, müştəri xidmətlərinin işindən razılıq səviyyəsi 2015-ci ildə qeydə alınan 79%-dən, 2016-cı ildə 83%-ə qədər yüksəlib.
Dini radikalizmlə mübarizədə multikultural dəyərlərin rolu müzakirə edilib
Quba rayon II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması yanvarın 13-də kəndin “Molla Hud” məscidində “Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli” layihəsi çərçivəsində “Dini radikalizmlə mübarizədə multikultural dəyərlərin rolu” adlı tədbir keçirib.
Milli qəhrəmanın anım tədbiri keçirilib
Yanvar ayının 13-də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Lacin.info saytının birgə təşəbbüsü ilə II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar, məktəblilər, və ictimayyət nümayəndələri iştirak edib. “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli tədbiri açaraq Qarabağ müharibəsəində xüsusi qəhrəmanlığı ilə seçilən İsrafil Şahverdiyevin həyat yolu haqqında məlumat verərək qeyd edib ki, Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahveriyev, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verir:"And olsun namusuna, el qızı, sənin qanın yerdə qalmayacaq". Çox çəkmir ki, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni casusunu məhv etdi. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürüldü.
Separatçıların KVN komandası Azərbaycanın etirazlarına "cavab" verdi
“Biz siyasətdən kənarıq. Və ümumiyyətlə KVN həmişə siyasətdən kənardır! Ona görə də biz bu cür fikirlərə reaksiya vermirik”.
Terrorçunun cənazəsini aparmaq üçün heç kim maşınını vermədi
İzmirdə Məhkəmə binasına bomba yüklü avtomobil və silahlarla hücumu təşkil edən terrorçulardan E.Y.-nin anası və atası, övladlarının cənazəsini almaq üçün İzmirə gəlib. Muğlada yaşadıqları öyrənilən valideynləri ifadələrinin alınması üçün təhlükəsizlik idarəsinə aparılıb.
Rusiyanın ATƏT-dəki səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”
“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”. Bunu RusiyanınATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının yanvarın 12-də keçirilən iclasında deyib.
Musiqi məktəbinin direktoru töhmət aldı
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “olaylar” İnformasiya agentliyinə veridiyi məlumata əsasən K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbin direktoru Budaqov Fikrət Vəli oğluna aparılan yoxlamalar əsasında töhmət verilib və Baş İdarənin əmrinə əsasən məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlu fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilməsi nəticəsində, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad olunub.
Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir"
"Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir". Bunu Ermənistanın baş naziri Karen Karapetyan hökumətin 100 günlük işinə həsr olunmuş mətbuat konfransında bildirib.
Bakı şəhər prokurorluğu ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişdir
Yanvarın 13-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Baş aldatmağın acı nəticəsi
“Dünyada körpə qığıltısından təntənəli himn yoxdu”(Viktor Hüqo). Bu, doğrudan da belədi. Həmin himn sona qədər ifa olunanda ailənin bütövlüyü, əxlaqı, cəmiyyət üçün yararlılığı daha da qabarıq görünür. Bəzən də müxtəlif səbəblərdən himn yarıda kəsilir.
Ərdoğan: "Türkiyə hərbçilərinin Kipri tərk etməsindən söhbət gedə bilməz"
Türkiyə qoşunlarının Kiprdən çıxarılması müzakirə olunmur. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı Türkiyə qoşunlarının Kiprdən çıxarılmasının əleyhinə olduğunu bildirib: "Şimali Kipr danışıqlarda səmimi mövqe nümayiş etdirir. Yunanıstan zamin ölkə qismində Türkiyə olmadan adanın probleminin həllini gözləməməlidir. Türkiyə Kiprdə qalacaq. Hətta Türkiyə hərbçilərinin Kipri tərk etməsindən söhbət gedə bilməz".
TRT 1-in Bakıda yayımı nə zaman bərpa olunacaq?
Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra yayımı dayandırılan TRT1-in bərpası istiqamətində işlər görülür. Bu barədə "Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı"nın (TİKA) Bakı nümayəndəliyindən bildirilib. Qeyd edilib ki, texniki məsələlər öz həllini tapan kimi kanalın yayımı bərpa olunacaq.
Bakıdakı məşhur supermarketlər şəbəkəsi BAĞLANDI
Bakıdakı məşhur "Lider-AS" supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb. Artıq bir neçə gündür şəbəkənin marketləri işləmir. Marketlərdə olan mallar isə başqa yerlərə daşınır.














