Gündəm

Bu bitki sizi qocalmağa qoymayacaq

13 Yanvar 2017 19:05

Yüz illər boyu zirincin müalicəvi təsirindən faydalanan insanlar onun əvəzedilməz təsir gücünə sahib olduğunu bilirlər.bMüasir tibb təbabəti də zirincin möcüzəvi bitki olduğunun təsdiqləyir.

“Viber” messencerində kənar danışıqlara gizlicə qulaq asmağa imkan verir

13 Yanvar 2017 18:57

"Habrahabr" resursunun Tambovchanin ləqəbli istifadəçisi “Viber” messencerində başqalarının danışığını dinləməyə imkan verən boşluq haqda məlumat verib. Tədqiqatçı sözügedən problemi ötən ilin oktyabrında aşkar edib və messencerin dəstək xidmətinə xəbərdarlıq edib. Belə görünür ki, tərtibatçılar bu məlumata məhəl qoymayıblar, buna görə Tambovchanin ləqəbli istifadəçi problem haqda təfərrüatları ictimaiyyətlə bölüşmək qərarına gəlib. Aşkar edilmiş boşluq “Viber” messencerində ünsiyyət zamanı həmsöhbətlərdən biri mobil şəbəkə üzrə daxil olan çağırışa cavab verdiyi halda kənar danışığa gizlicə qulaq asmağa imkan verir. Gözləmədə olan abunəçi "Gözləmə" düyməsinə iki dəfə sıxdıqda həmsöhbətinin mobil şəbəkə üzrə danışığını eşitmək imkanı əldə edəcək.

"Mançester Yunayted" Fransa klubuna rədd cavabı verdi

13 Yanvar 2017 18:50

"Mançester Yunayted" Memfis Depayı "Lyon"a satmaqdan imtina edib. Fransa klubu 22 yaşlı havbekə görə 13 milyon funt təklif etsə də, "mankunianlar" rədd cavabı veriblər. Depayın adı "Fənərbağça", "Milan" və "Nice" ilə də hallanırdı.  Goal.az

Əcnəbilərə ƏDV-nin geri qaytarılması qaydasına dəyişikliklər təsdiqlənib

13 Yanvar 2017 18:45

Azərbaycan prezidenti İlham Əliyev“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 12 iyul tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Pepe qərarını dəyişdi

13 Yanvar 2017 18:40

"Real"ın futbolçusu Pepe qərarını dəyişib. Portuqaliyalı müdafiəçi Madrid klubunun 1 illik müqavilənin müddətini uzatmaq təklifini qəbul edib.

İstanbulda bina ÇÖKDÜ: 1 ölü, 5 yaralı - YENİLƏNİB

13 Yanvar 2017 18:36

İstanbulun Zeytinburnu rayonu ərazisində 6 mərtəbəli bina çöküb. Hadisə nəticəsində bir nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir. Bina daha əvvəl boşaldıldığından orada insan yaşamır. Ölən və yaralananların hadisə zamanı binanın yanından keçənlər olduğu ehtimal edilir. Bu barədə APA-nın “Milliyət”ə istinadən xəbər verir.

Mübariz Əhmədzadə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

13 Yanvar 2017 18:34

Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Əhmədzadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli Parkda yanğın

13 Yanvar 2017 18:32

Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə yanğın hadisəsi baş verib.

Azərbaycanda övladlığa götürmə qaydalarının dəyişdirilməsi təklif olunur

13 Yanvar 2017 18:30

Azərbaycanda övladlığa götürmə qaydalarında dəyişiklik edilməsi ilə bağlı təkliflər layihəsi hazırlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Nazirlər Kabinetinin 81 saylı qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”dan irəli gələrək övladlığa götürmə qaydalarının təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır.

2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq

13 Yanvar 2017 18:10

2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. Bu fikirlər Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında verilmiş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsində yer alıb.

Türkiyə Ali Təhsil Şurası Qafqaz Universiteti məzunlarının diplomlarının tanınmaması məsələsinə aydınlıq gətirib

13 Yanvar 2017 18:04

2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yayıb.

Azərbaycanda turistlərin təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

13 Yanvar 2017 18:00

Azərbaycanda turizm təşkilatçıları qarşısında turistlərin təhlükəsizliyinin təminatı ilə bağlı bir çox vacib tələblər qoyulur. Milli Məclisdən verilən məlumata görə, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə əsasən, turizm təşkilatçıları beynəlxalq turizm zamanı turistlərə və ekskursantlara səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların rast gələ biləcəkləri, onların həyat və sağlamlıqlarını, əmlaklarının sağlamlığını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməyə borcludurlar. Bu məlumatlar yazılı və şifahi formada verilə bilər. Məcburi qaydada yazılı surətdə verilməli olan məlumatların siyahısı nəzarət orqanı tərəfindən müəyyən ediləcək.

Son dəqiqə: Fransada silsilə PARTLAYIŞLAR

13 Yanvar 2017 17:59

Fransanın Marsel şəhərini sarsıdan şiddətli partlama səsləri şəhər sakinlərini qorxuya salıb.  Fransanın cənubundakı liman şəhəri Marseldə bu saatlarda şiddətli partlayış səsləri eşidilir. Sosial şəbəkələrdə məlumat verən şəhər sakinləri partlayışların evlərə zərər vurduğunu bildirirlər.

Məktəbdə seks qalmaqalı - Direktor və laborant dindirildi

13 Yanvar 2017 17:57

Adı "seks qalmaqalında" hallanan direktor və laborantla bağlı hələ də Təhsil Nazirliyinin yekun qərarı açıqlanmır. Nazirliyin nümayəndəsi Kənan İbrahimov azvision.az-a bildirb ki, məsələ ilə bağlı araşdırma davam edir. Onun sözlərinə görə, dünən Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşı Ceyhun Mirzə, Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Azər Əliyev, Yavər Kərimov Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparıblar.