Pepe qərarını dəyişdi

"Real"ın futbolçusu Pepe qərarını dəyişib. Portuqaliyalı müdafiəçi Madrid klubunun 1 illik müqavilənin müddətini uzatmaq təklifini qəbul edib.

"Real"ın futbolçusu Pepe qərarını dəyişib. Portuqaliyalı müdafiəçi Madrid klubunun 1 illik müqavilənin müddətini uzatmaq təklifini qəbul edib.

"Real"da qalmaq istəyən Pepe bu səbəbdən Çin klublarının birindən gələn 20 milyon avroliq təklifi rədd edib.

33 yaşlı müdafiəçinin DÇ-2018-in final mərhələsi öncəsi Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşun onu yaxşı izləməsi üçün Madrid klubunda qalmağa razılıq verdiyi iddia edilir.

Qeyd edək ki, bundan əvvəl Pepenin "Real"la 2 illik müqavilə imzalamaq istədiyi bildirilirdi. Madrid klubu isə onunla müqavilənin müddətini 1 il uzatmağı düşündüyü üçün tərəflər arasında razılıq əldə olunmurdu. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31