Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir"

"Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir".  Bunu Ermənistanın baş naziri Karen Karapetyan hökumətin 100 günlük işinə həsr olunmuş mətbuat konfransında bildirib.

"Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir".  Bunu Ermənistanın baş naziri Karen Karapetyan hökumətin 100 günlük işinə həsr olunmuş mətbuat konfransında bildirib.

"İqtisadiyyatımızın ağır vəziyyətdə olduğunu artıq bildirmişəm. Bu gün bu vəziyyət qalmaqdadır. Amma bu, o demək deyil ki, vəziyyət nəzarətdən çıxıb" - K.Karapetyan vurğulayıb.

Baş nazir hökumətin dəyişiklik proqramını təqdim etdiyini deyib.

O, Ermənistanın "böyük iqtisadi sistemi"ni bir gün ərzində dəyişməyin qeyri-mümkün olduğunu da söyləyib. Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31