Milli qəhrəmanın anım tədbiri keçirilib

Yanvar ayının 13-də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Lacin.info saytının birgə təşəbbüsü ilə II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar, məktəblilər, və ictimayyət nümayəndələri iştirak edib. “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli tədbiri açaraq Qarabağ müharibəsəində xüsusi qəhrəmanlığı ilə seçilən İsrafil Şahverdiyevin həyat yolu haqqında məlumat verərək qeyd edib ki, Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahveriyev, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verir:"And olsun namusuna, el qızı, sənin qanın yerdə qalmayacaq". Çox çəkmir ki, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni casusunu məhv etdi. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürüldü.

Yanvar ayının 13-də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Lacin.info saytının birgə təşəbbüsü ilə II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar, məktəblilər, və ictimayyət nümayəndələri iştirak edib. "Laçın yurdu" jurnalının baş redaktoru Arif Məmmədli tədbiri açaraq Qarabağ müharibəsəində xüsusi qəhrəmanlığı ilə seçilən İsrafil Şahverdiyevin həyat yolu haqqında məlumat verərək qeyd edib ki, Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahveriyev, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verir:"And olsun namusuna, el qızı, sənin qanın yerdə qalmayacaq". Çox çəkmir ki, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni casusunu məhv etdi. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürüldü.

Qeyd edək ki, cəsur kəşfiyyatçı 1994-cü il yanvar ayının 13-də, Lələ təpə yüksəkliyində döyüş yoldaşlarının həyatını xilas edərkən qəhrəmancasına şəhid olub. Onun qəhrəmanlığını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğlunu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüb. Daha sonra çıxış edən şəhidin döyüş yoldaşı, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüb. Şəhidin həyat yoldaşı Hökumə Şahverdiyeva göstəridikləri diqqət və qayğıya görə tədbir iştirakçılarına təşəkkür edib. Tədbirdə şairə Xuraman Camalqızı və Laçın Rayon 28 № -li tam orta məktəbin şagirdləri Vətənə və Milli qəhrəmana həsr olunmuş şeirlər səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31