Ermənilər Kəlbəcərdə su elektrik stansiyası tikir
Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında infrastruktur layihələri gerçəkləşdirməkdə davam edirlər. Növbəti layihə Kəlbəcərin İstisu qəsəbəsində gerçəkləşdirilib.
13 Yanvar 2017 14:50 SosialErmənilər Azərbaycanın işğal altındakı torpaqlarında infrastruktur layihələri gerçəkləşdirməkdə davam edirlər. Növbəti layihə Kəlbəcərin İstisu qəsəbəsində gerçəkləşdirilib.
Daha çox mineral suları ilə məşhur olan qəsəbədə ermənilər "Cermacur-1" su eletrik stansiyasının tikintisini gerçəkləşdirirlər. Yüksək dağlıq şəraitdə yerləşən stansiya 12,6 MVt eletrik enerjisi istehsal edəcək. Qarabağ separatçıları gələcəkdə Laçının Hoçaz çayı üzərində də kiçik su eletrik stansiyası inşa etməyi planlaşdırırlar. Modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31