Azərbaycanda donor fəaliyyəti asanlaşır

Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilb. “Qrant haqqında” qanuna əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə biləcəkrlər.

Qrant müqavilələri yeni qaydada qeydə alınacaq 
 

Nazirlər Kabineti "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklər edilb. "Qrant haqqında" qanuna əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə biləcəkrlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"na edilən dəyişikliyə əsasən xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi "bir pəncərə prinsipi" üzrə Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"na uyğun həyata keçiriləcək. Həmin Qaydaya əsasən xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur."Qrant müqavilələrinin qeydə alınması Qaydası"na görə indiyədək müqavilə bağlanıldığı gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına - Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Dəyişikliyə əsasən bu müddət uzadılıb. Artıq müqavilə bağlanıldığı gündən 30 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Digər dəyişiklik Azərbaycanda dövlət büdcəsi hesabına verilən qrantlarla bağlıdır. İndiyə qədər dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini qeydə alan orqana - Ədliyyə Nazirliyinə donor tərəfindən 3 gündən gec olmayaraq təqdim olunub. Artıq dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini qeydə alan orqana donor tərəfindən 3 gündən deyil, 7 gündən gec olmayaraq təqdim olunacaq. Növbəti dəyişiklik qrant müqaviləsinin hansı halda xidmət müqaviləsi kimi qeydə alınmasının mümkünlüyü ilə bağlıdır. Başqa sözlə, qrant müqaviləsinin mahiyyəti xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər. Digər dəyişikliklər qrant müqaviləsinin Ədliyyə Nazirliyində qeydə alınması üçün tələb edilən sənədlərin sayının azaldılması ilə bağlıdır. Bundan sonra qrant müqaviləsinin qeydə alınması üçün müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin surəti, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti, qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd tələb olunmayacaq. Ancaq Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsinin yoxlanılmasını araşdırmalıdır. Eyni zamanda Ədliyyə Nazirliyi artıq bildirişin verilməsi üçün Azərbaycanın rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğunu araşdırmayacaq.Bundan sonra həm də xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunduğu halda, qrant müqaviləsinin qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı gün başlanılacaq. "Vətəndaşların əmək hüquqları Liqası"nın sədri, hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, Prezidentin Fərmanının icrası ilə bağlı son prosedurların müəyyən edilməsi, yeni mexanizmlərin, xüsusən də qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi ölkənin vətəndaş cəmiyyətinin və xarici donorların maraqlarına uyğundur. İndiki qaydaların düzgün və qanuna müvafiq təmin olunması və mexanizmlərin tam təmin edilməsi halında ölkədə donor fəaliyyətini həyata keçirmək tamamilə asanlaşır: "İlk növbədə xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" sistemi yaradıldı. Bu o deməkdir ki, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi, qrantın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı bir müraciət əsasında və sənədləri "bir pəncərəyə" təqdim etməklə həyata keçiriləcəkdir. Bundan əvvəl isə donor müxtəlif icra hakimiyyəti orqanlarına ayrı-ayrılıqda və növbə ilə müraciət etməli, hər biri orqan üçün müxtəlif sənədlər təqdim etməli idi. Eyni zamanda donor yalnız birindən müsbət cavab aldıqdan sonra digərinə müraciət etmək hüququ əldə edirdi. İkincisi, əvvəllər qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi, qrantın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı üçün yalnız donor müraciət edə bilərdi. Praktikada qapalı dairə əmələ gəlirdi. İndi isə bu prosedur həm donor, həm də resipiyent edə biləcəkdir. Sadə bir misal. Azərbaycanda xarici donordan qrant alıb sub-qrant verən fondlar mövcuddur. Onlar indi xarici donordan aldığı qrantla bağlı bütün sənədləşməni, sonrakı proseslərdə isə sub-qrant verilməsi ilə bağlı bütün sənədləşməni özü həyata keçirə biləcək".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31