Gündəm

Alternativ enerji mənbələrinin gücünün artırılması təklif olunub

26 Yanvar 2017 14:20

SOCAR-ın Baş Ofisində ekologiya üzrə vitse-prezident xanım Rəfiqə Hüseynzadə ilə BMT İnkişaf Proqramının rezident nümayəndəsi cənab Alessandro Frakasseti arasında görüş keçirilib.

«Böyük sədd» filminin nümayişi – Eksklüziv olaraq Park Cinemada

26 Yanvar 2017 14:10

 Ötən gün Park Cinema Flame Towers-da rejissor Çjan İmounun “Böyük sədd” filminin nümayişi baş tutdu. Filmdə hadisələr qara barıtın sirrini öyrənmək üçün Avropadan bir qrup ingilis muzdlu heyətin yollandığı Çində cərəyan edir. Çinə çatdıqda onlar imperiyaya sarsıdıcı zərbə vurmaq üçün illərdir tədarük görən şər qüvvədən qorunmaq üçün nəhəng daş səddin tikinti işlərinin getdiyini görürlər. Filmin qəhrəmanları bütün insanlığı qorumaq üçün zalım nəhənglərlə mübarizəyə sinə gərməli olurlar. Baş rollarda: Mett Deymon, Pedro Paskal, Uillem Defo, Szin Tyan, Endi Lau.

Azərbaycanda məktəbdə BƏDBƏXT HADİSƏ - Şagirdin göz bəbəyi dağıldı

26 Yanvar 2017 14:07

Lənkərandakı 8 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 9-cu sinif şagirdlərinin bir-biri ilə zarafatlaşması acı nəticənlənib. Belə ki, sinif yoldaşının atdığı qələm Əliyev Zahid İdris oğlunun gözünə batıb. Nəticədə onun göz bəbəyi dağılıb. Yaralı Lәnkәran Rayon Xәstәxanasına aparılıb, lakin hәkimlәr onu qəbul etməyiblər.

"Dəyanət Rzayev problemin qarşısında aciz qaldı" - Baş psixiatr

26 Yanvar 2017 14:04

"Kim psixiatrdırsa, o demək deyil ki, heç vaxt psixi xəstəliyə tutulmayacaq. Həyat göstərir ki, insanların 1%-ində şizofreniya xəstəliyi var. Psixiatrların da 1%-i eyni xəstəlikdən əziyyət çəkir".

Gənclər Orta Asiya ölkələri ilə əməkdaşlıq edəcək

26 Yanvar 2017 14:02

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə “İnnovasiyalar üçün Əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycan və Orta Asiya ölkələrinin birgə toplantısında iştirak edir. “OLAYLAR”-ın xəbərinə görə, Qazaxıstanın Almatı şəhərində keçirilən toplantı çərçivəsində F.Həsənzadə Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın 30-dan çox nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərliyi ilə görüş keçirmişdir. Görüşlərdə Gənclər üçün Təhsil Mərkəzi ilə həmin təşkilatların əməkdaşlıq imkanları, Orta Asiya ölkələri ilə gənclər sahəsində təcrübə mübadilələri, birgə layihələr, habelə bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına dəstək və digər məsələlər müzakirə olunub. Səfər müddətində Qırğızstanın Gənclər Təşkilatları Assosiasiyası, Tacikistanın Gənc Jurnalistlərin İnkişaf Assosiasiyası, Qazaxıstanın Şərqi Qazaxıstan Gənclər Təşkilatları Assosiasiyası və Özbəkistanın Uşaq Hüquqları Assosiasiyası ilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

26 Yanvar 2017 14:02

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydin İsmiyev ilə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Mədəni Irs və Turizm Təşkilatının rəhbəri cənab Cəlil Cabbari arasında görüş keçirilib.

Əmək Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə  müraciət olunub

26 Yanvar 2017 13:59

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin e-xidmətlərdən istifadəyə maraq getdikcə artmaqda davam edir və ötən ilin dekabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı  əvvəlki noyabr ayı ilə müqayisədə 56,1 faiz çoxalaraq 889 326-ya çatıb. Ümumilikdə 2016-cı il ərzində əhali nazirliyin elektron xidmətlərindən 6 549 994 dəfə faydalanıb.

Azərbaycan prezidenti Pakistan səfirinin etimadnaməsini qəbul edib -  YENİLƏNİB

26 Yanvar 2017 13:49

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib. Səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçib. Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

İşğaldan azad olunmuş Cocuq Mərcanlı minalardan təmizlənilir - FOTO

26 Yanvar 2017 13:46

Cəbrayıl rayonunun Çaxırlı inzibati ərazi vahidliyində yerləşən Cocuq Mərcanlı kəndi 2016-cı ilin aprel ayında dördgünlük müharibə zamanı işğaldan azad olunub. Prezident İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamından sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları ərazidə təmizlik, təhlükəsizlik və kəşfiyyat işlərinə başlayıb. Kəndin ərazisi mina və partlamamış silah sursatlardan təmizlənilir.

"Napoli"nin rəqibi "Yuventus" oldu

26 Yanvar 2017 13:44

İtaliya Kubokunda daha bir yarımfinalçı bəlli olub. 1/4 final mərhələsində "Milan"ı qəbul edən "Yuventus" azarkeşlərini sevindirib. Belə ki, qarşılaşma "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin qollarına 10-cu dəqiqədə Dibala, 21-ci dəqiqədə isə Pyaniç imza atıblar. "Milan" 53-cü dəqiqədə Bakka ilə hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. Bu qələbə sayəsində "Yuventus" yarımfinalda "Napoli"yə rəqib olub.

Gülben Ergen bütün obyektlərini satır - ölkəni tərk edir?

26 Yanvar 2017 13:42

Üç ay əvvəl 1,5 milyon lirə (təxminən 750 min manat) sərmayə qoyduğu "Dadı Mutfak" restoranını futbolçu Arda Turana satdığı deyilən müğənni Gülbel Ergen ardınca da evlərini satışa çıxarıb.

Azərbaycanda beyin ölümü diaqnozunun qoyulmasına başlanacaq

26 Yanvar 2017 13:40

“Hazırda meyitdən orqan transplantasiyası konsepsiyasının üzərində iş gedir”. Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib. O bildirib ki, meyitdən orqan transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən qəti qərar veriləcək: “Səhiyyə Nazirliyi tərəfindən xəstəxanalara təlimat paylanılacaq və həmin təlimat əsasında beyin ölümü diaqnozunun qoyulmasına başlanılacaq.

Sabahdan Azərbaycanda məktəblilərinin qış tətili başlayır

26 Yanvar 2017 13:34

Sabahdan Azərbaycanda məktəblilərinin qış tətili başlayır. Qış tətili 5 gün (27-31 yanvar) davam edəcək. Yanvarın 28-29-nun şənbə və bazar gününə təsadüf etməsinə baxmayaraq, məktəblilərin qış tətili günlərində heç bir dəyişiklik olunmayacaq.

Ağır yol qəzası: 22 yaşlı qız öldü, rəfiqəsi yaralandı - FOTOlar

26 Yanvar 2017 13:32

Tailandın Phuket adasına dincəlməyə gələn iki turist ağır yol qəzasına düşüb. Əslən kanadalı olan 22 yaşlı Ali Lambert ölüb, 25 yaşlı rəfiqəsi Nezi Borislavova isə ağır yaralanıb. Onlar çəhrayı rəngli ciplə qəza törədiblər. Yağışlı havada idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Ali Lambert hadisə yerindəcə keçinib. Nezi isə xəstəxanaya yatırılıb. Onun vəziyyəti ağırdır. Hazırda dostları onun xəstəxanadan çıxarılıb ölkəsinə gəlməsi üçün pul yığırlar.

Trampa etiraz edən Hollivud ulduzu həbs edildi

26 Yanvar 2017 13:24

Amerikalı tanınmış aktyor Şaya LaBaf Nyu-Yorkda prezident Donald Trampa qarşı keçirilən aksiya zamanı həbs olunub. 30 yaşlı aktyor Trampın inauqurasiyasından sonra "O bizi ayıra bilməyəcək" adlı kampaniyaya başlayıb. Aktyor Kuins şəhərində etiraz edərkən tutulub.