Gənclər Orta Asiya ölkələri ilə əməkdaşlıq edəcək

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə “İnnovasiyalar üçün Əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycan və Orta Asiya ölkələrinin birgə toplantısında iştirak edir. “OLAYLAR”-ın xəbərinə görə, Qazaxıstanın Almatı şəhərində keçirilən toplantı çərçivəsində F.Həsənzadə Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın 30-dan çox nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərliyi ilə görüş keçirmişdir. Görüşlərdə Gənclər üçün Təhsil Mərkəzi ilə həmin təşkilatların əməkdaşlıq imkanları, Orta Asiya ölkələri ilə gənclər sahəsində təcrübə mübadilələri, birgə layihələr, habelə bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına dəstək və digər məsələlər müzakirə olunub. Səfər müddətində Qırğızstanın Gənclər Təşkilatları Assosiasiyası, Tacikistanın Gənc Jurnalistlərin İnkişaf Assosiasiyası, Qazaxıstanın Şərqi Qazaxıstan Gənclər Təşkilatları Assosiasiyası və Özbəkistanın Uşaq Hüquqları Assosiasiyası ilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə "İnnovasiyalar üçün Əməkdaşlıq" proqramı çərçivəsində Azərbaycan və Orta Asiya ölkələrinin birgə toplantısında iştirak edir. "OLAYLAR"-ın xəbərinə görə, Qazaxıstanın Almatı şəhərində keçirilən toplantı çərçivəsində F.Həsənzadə Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın 30-dan çox nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərliyi ilə görüş keçirmişdir. Görüşlərdə Gənclər üçün Təhsil Mərkəzi ilə həmin təşkilatların əməkdaşlıq imkanları, Orta Asiya ölkələri ilə gənclər sahəsində təcrübə mübadilələri, birgə layihələr, habelə bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına dəstək və digər məsələlər müzakirə olunub. Səfər müddətində Qırğızstanın Gənclər Təşkilatları Assosiasiyası, Tacikistanın Gənc Jurnalistlərin İnkişaf Assosiasiyası, Qazaxıstanın Şərqi Qazaxıstan Gənclər Təşkilatları Assosiasiyası və Özbəkistanın Uşaq Hüquqları Assosiasiyası ilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, Mərkəz əldə olunmuş razılaşmaya əsasən ilk olaraq, Qırğızıstan-Azərbaycan Gərclər Forumunu, o cümlədən Orta Asiya və Azərbaycanda fəaliyyət göstərən gənclər evlərinin təcrübə mübadiləsi proqramını həyata keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31