Mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydin İsmiyev ilə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Mədəni Irs və Turizm Təşkilatının rəhbəri cənab Cəlil Cabbari arasında görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydin İsmiyev ilə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Mədəni Irs və Turizm Təşkilatının rəhbəri cənab Cəlil Cabbari arasında görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Azərbaycan və İran arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Turizm sahəsi üzrə əməkdaşlığın inkişafından, zəruri hüquqi bazanın mütəmadi olaraq zənginləşdirilməsindən və qarşılıqlı turist axınının artımından danışan Aydın İsmiyev Azərbaycan və İran arasında viza rejiminin sadələşdirilməsi ilə iki ölkə arasında turist axınının intensivləşdirildiyini və ötən il İrandan Azərbaycana gələn turistlərin sayının əvvəlki iki ilə nisbətən əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Turizm agentlikləri arasında əlaqələrin qurulması, Azərbaycan regionlarının və İranın Qərbi Azərbaycan vilayətinin mədəniyyət sərvətləri və turizm potensialı ilə tanışlıq məqsədilə qarşılıqlı infoturların təşkili məsələsi barədə danışılıb. Aydın İsmiyev turizmin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi zərurətini diqqətə çatdıraraq, Azərbaycan və İranın müxtəlif regionlarını ziyarət etməklə dəmiryolu, Xəzər dənizi vasitəsilə suyolu və tibbi turizm üzrə əməkdaşlıqda ölkəmizin maraqlı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31