Gündəm
Avropa Şurası ilə 25 illik əməkdaşlıq Azərbaycana nə verib?
Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib.
“Dəyanət Rzayevin ailədaxili problemləri olub”
Psixoloq Dəyanət Rzayevin intiharı ölkədə şok effekti yaradıb. Bu dəhşətli intiharla bağlı cəmiyyətin müxtəlif təbəqələri fikirlərini çölüşüblər. “Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmadım, sonra baxdım ki, bir çox agentliklər yaydı.
Şamaxı yenidən TƏHLÜKƏYLƏ ÜZ-ÜZƏ
Son günlər havaların yağıntılı keçməsi Şamaxıda sürüşmə zonalarında aktivliyi artırıb. Bu barədə Şamaxı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov məlumat verib.
Vyanada PARTLAYIŞ: yaralılar arasında uşaq da var
Avstriyanın paytaxtı Vyananın Hernals rayonunda qaz partlayışı olub. Rayonun əsas küçəsində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Ətraf binaların sakinləri təxliyə olunublar.
Aygünün yenilikləri- Video
Bu gün Azərbaycanın xalq artisti Aygün Kazımovanın doğum günüdür. Özəl günündə hədiyyə yağışına tutulan estradamızın divası, özü də sevənlərinə hədiyyə etmək qərarına gəlib. Özü də bir yox, düz iki hədiyyə…
Vəfadan göz oxşayan fotolar
Yeni təqvimdə bir sıra yaradıcılıq işləri nəzərdə tutan istedadlı müğənni Vəfa Şərifova bunlardan ilkini təqdim edib.
Bəy toy günü tutuldu
Toy günü başqa qadını zorlamaqda və oğurluq etməkdə təqsirləndirilən bəy məhkəməyə çıxarılıb. 24 yaşlı Derri Flinn MakKann iki fakt üzrə saxlanılıb. Polis onu 24 yaşlı qadının şikayətindən sonra tutub.
İkinci dəfə ailə qurmağa hazırlaşan Dəyanət Rzayevin ÖLÜM SƏBƏBİ - FOTO
Psixoloq Dəyanət Rzayevin intiharı haqda məlumat vermişdik. Psixoterapevt Dəyanət Rzayevin meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb. Ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.
20 yaşında görünür, amma...
Argentinalı model Qrasiela Alfano İnstagram fotoları ilə gündəmdədir. O, daim İnstagram-da yarıçılpaq şəkillərini yayır. 20 yaşlı kimi görünən modelin isə əslində 64 yaşı var.
İŞİD-in 20-dən çox üzvü zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD terror təşkilatının 206 obyektinə zərbə endirib. Zərbələr nəticəsində son gün ərzində 23 İŞİD üzvü zərərsizləşdirilib. Ümumulikdə, "Fərat qalxanı" başladıqdan Suriyada 1875 kvadratmetr ərazi terrorçulardan təmizlənib, 2000-dən çox silahlı zərərsizləşdirilib.
Xanım həmkarından Dəyanətin intiharına ŞƏRH
Ötən axşam məşhur psixoloq Dəyanət Rzayevin intiharı haqda məlumat vermişdik. Bu gözlənilməz olay hər kəs kimi onun həmkarlarının da ciddi narahatlığına səbəb olub.
“The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb
ABŞ-da çıxan “The Washington Times” qəzetində avstraliyalı siyasi şərhçi, Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşan Castin Emlerin Cənubi Qafqazın geosiyasi reallıqları və Donald Tramp administrasiyası tərəfindən regiondakı vəziyyətə yeni baxışın vacibliyi barədə məqaləsi dərc edilib.
Cocuq Mərcanlı kəndi ilə bağlı Sərəncam böyük ruh yüksəkliyi yaradıb
Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncam imzalaması cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Bu, Azərbaycan Ordusunun ötən ilin aprelində göstərdiyi qəhrəmanlığın real nəticəsidir. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu hərbi əməliyyat zamanı kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyi erməni işğalçılarından azad edildi və bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün yenidənqurma işlərinin başlanmasına şərait yarandı. Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev deyib.
Ceyhun Musaoğlu: "Düşmən Ordumuzun, xalqımızın əzəmətini gördü”
“Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam gözlənilən idi. Ötən ilin aprelin 2-də Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq məqsədilə apardığı uğurlu əməliyyatların məntiqi nəticəsi Cocuq Mərcanlıya böyük qayıdış olmalıydı”. Bunu Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
Qafqaz Universitetinin müəllimlərinin taleyinə aydınlıq gətirildi
"Bu ilin yanvar ayının 16-da fəaliyyəti dayandırılan Qafqaz Universitetinin hər bir tələbəsi ixtisasına uyğun olaraq digər universitetlərə köçürüləcək. Bu məsələdə heç bir problem olmayacaq".














