Xanım həmkarından Dəyanətin intiharına ŞƏRH

Ötən axşam məşhur psixoloq Dəyanət Rzayevin intiharı haqda məlumat vermişdik. Bu gözlənilməz olay hər kəs kimi onun həmkarlarının da ciddi narahatlığına səbəb olub. 

Ötən axşam məşhur psixoloq Dəyanət Rzayevin intiharı haqda məlumat vermişdik. Bu gözlənilməz olay hər kəs kimi onun həmkarlarının da ciddi narahatlığına səbəb olub. 

"Onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub"

Psixoloq-konsultant Arzu Müzəffərova Dəyanət Rzayevin intihar olayıyla bağlı bunları deyib: "Bəzən hadisələr elə gətirir ki, atdığın addımda vəzifə və kimliklər arxa plana keçir. Dəyanətin intiharında kimisə günahkar hesab etmək istəmirəm. Özünəqəsd başqa bir mövzudur. Psixoloq vəzifə sahibidir, zamanında seçim etdiyi vəzifə... Amma ruh, xarakter,  baş verən situasiyadan necə çıxmaq - bunu zamanla, hadisə baş verdikdən sonra analiz edirik. Kim, hansı vəzifə sahibi nə edə bilər, ya bilməz - baş verməyincə proqnoz etmək mümkün deyil". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31