“Dəyanət Rzayevin ailədaxili problemləri olub”

Psixoloq Dəyanət Rzayevin intiharı ölkədə şok effekti yaradıb. Bu dəhşətli intiharla bağlı cəmiyyətin müxtəlif təbəqələri fikirlərini çölüşüblər. “Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmadım, sonra baxdım ki, bir çox agentliklər yaydı.

Narınc Rüstəmova: "Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi"
 

Psixoloq Dəyanət Rzayevin intiharı ölkədə şok effekti yaradıb. Bu dəhşətli intiharla bağlı cəmiyyətin müxtəlif təbəqələri fikirlərini çölüşüblər. "Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmadım, sonra baxdım ki, bir çox agentliklər yaydı. Nə deyəcəyimi bilmirəm... Amma onu bilirəm ki, intiharlar, onların səbəbləri ciddi şəkildə geniş araşdırılmalıdır və təcili çıxış yolları üçün təkliflər hazırlanmalıdır". Bu fikirləri millət vəkili Qənirə Paşayeva öz "Facebook" səhifəsində yazıb. Millət vəkili qeyd edib ki, bu cür faciələrin artmasının qarşısının alınması üçün cəmiyyətin hər bir üzvü olaraq, "nə etməliyik" mövzusunda maarifləndirici verlişlər artmalıdır: "Təəssüf ki, bu cür verlişləri, proqramları görə bilmirik. İntiharların bu cür adiləşməsi bizi ciddi narahat etməlidir və SOS siqnalıdır. Məncə, sadəcə, sosial problemlər deyil, getdikcə artan laqeyidlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və.s kimi faktorlar da intiharların artmasına ciddi təsir göstərir. Son zamanlar bu mövzuda ciddi araşdırmalar varmı deyə, çox axtardım, amma heç nə tapa bilmədim. Dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməklə yanaşı, bir vətəndaş olaraq hər birimiz nələr etməliyik məsəlsiə ətrafında da geniş müzakirələrə ehtiyac var. İntihara hətta, cəmiyyətin ən gözləmədiyi və inana bilmədiyi bir insanın,bir psixoloqun əl atması ciddi bir mesajdır. Bu mövzu ciddi diqqətdə olmalıdır. İntihar edən insanların davranışlarında mütləq dəyişikliklər baş verir və belə halda ətrafda olan insanlar, onu tanıyanlar həssaslıqla, qayğı ilə yanaşmalıdırlar. "Nəyimə lazımdır", "mənə nə "kimi yanaşmalardan tamamilə uzaq olmalıyıq. Bir az öncə sosial şəbəkələrdə Dəyanət bəyin "Facebook" dostluğunda olmuş bir xanım yazır ki, son zamanlar qəribə paylaşımlar edirdi. Nə qədər doğrudur bilmirəm, amma yaxınlarının agentliklərə son günlər tənhalığa qapılması, işə getməməsi və sair kimi məlumatlar verməsindən görünür ki, onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub. Bütün bunlara diqqət yetirəndə görürük ki, belə vəziyyətlərdə olan insanı yalnız buraxmamaq, onu narahat edən və çıxılmaz gördüyü problemin həllinə kömək etməyə çalışmaq lazımdır. Nur içində yatsın. Çox ağır xəbər oldu. Əzizlərinə səbr diləyirəm". 
Məsələ ilə bağlı onun həmkarı Narınc Rüstəmova da danışıb. O, psixoloqun intiharından sarsıldığını bildirib: "Statistik göstəricilər son vaxtlar kişilər arasında intihar hallarının artdığını göstərir. Ruhu şad olsun. Biz 7 il öncəsinə qədər bir yerdə çalışmışıq. O vaxtlar da problemləri vardı. Amma bu, maddi rifahının aşağı olması ilə bağlı deyildi. Araşdırsanız görərsiniz ki, o, bir neçə dəfə intihara cəhd edib. Kolleqamızın belə bir seçim etməsi çox sarsıdıcıdır. Bu onu göstərir ki, hər bir psixoloq öz psixoanalizini keçirməlidir. Problemi olan psixoloq ona müraciət edən pasiyentə də yardımçı ola bilməz. Nəticədə psixoloq da insandır". N.Rüstəmova deyib ki, Dəyanət Rzayevin ailədaxili problemləri olub: "Dəyanət tək yaşayırdı. Yoldaşı onu tərk etmişdi. Onun ailə problemləri var idi. Yoldaşı ilə ayrılmışdı. Amma buna baxmayaraq onların münaqişələri davam edirdi. 8 yaşında bir oğlu vardı. Uşaq anası ilə qalırdı. Hamının sosial problemləri ola bilər, amma bu, intihar üçün əsas deyil. Görünür Dəyanət mənəvi böhran keçirdiyindən, ailədaxili problemlərdən dolayı bu yola əl atıb". N.Rüstəmova "psixoloq da intihar edirsə, sadə vətəndaş probleminin həlli üçün hansı qapını döyməlidir" sualına cavab olaraq bunları deyib: "Təbii ki, burada mənfi xüsusiyyət onun psixoloq olmasıdır. Amma mən hesab edirəm ki, bu, fərdi xüsusiyyətlərlə daha çox bağlıdır. Biz özümüz psixoloq olaraq da psixoloji dəstək alırıq. Həyatda hər bir insan çətin situasiya ilə qarşılaşa bilər. Bəlkə də o, həmkarlarına müraciət etməyi özünə ayıb sayıb. Kaş ki, vaxtında özü də psixoloji dəstək alardı. Bəlkə də Dəyanət özünə sığışdırmayıb bunu. İstənilən halda bu, onun ailəsi üçün faciədir". Xatırladaq ki, tanınmış psixoterapevt Dəyanət Rzayev intihar edib. Ailə üzvlərinin verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb. Məlumata görə, D. Rzayev özünü kəmərlə boğaraq intihar edib. O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu" qeyd edib. Hadisə yerinə Yasamal rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib. D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31