Gündəm
Musa Qasımlı: "Bu sərəncam dünyaya və ermənilərə bir işarədir"
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına dair imzaladığı sərəncamın dərin mənası vardır.
İşdən qovulan qalmaqallı yol polisinə YENİ VƏZİFƏ
Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və "Beko Rəşad" kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik. Bir neçə gün öncə Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.
Nazarbayev səlahiyyətlərinin çoxundan İMTİNA EDİR - VİDEO
Qazaxıstanda hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı islahatlara başlanılacaq. Qazaxıstan prezidenti Nursultan Nazarbayev video müraciəti zamanı prezidentin bəzi səlahiyyətlərinin parlamentə və hökumətə verilməsini təklif edib. Onun sözlərinə görə, hakimiyyət qollarının səlahiyyət bölgüsü ilə bağlı islahatlar aparılacaq.
Prezidentin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev son bir neçə gün ərzində məcburi köçkünlərlə bağlı bir-birinin ardınca iki mühüm sənədə imza atdı. Bunlardan biri məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman, digəri isə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam idi. Hər iki sənəd öz-özlüyündə mühüm hesab edilir.
Ermənistan sürətlə boşalır
Ermənistanda parlament seçkilərinə hələ bir müddət qalsa da, lakin işğalçı ölkənin demək olar ki, bütün çevrələri seçki hazırlıqlarını həyata keçirirlər. Ermənistan müxalifətindən tutmuş vaxtı ilə siyasi səhnədə olub, sonradan kriminal ünsürlərə qoşulan şəxslər də bu gün siyasi gündəmi zəbt etmək, aprel ayında keçiriləcək parlament seçkilərində iştirak edərək qanunverici orqanda mandat sahibinə çevrilmək uğrunda mübarizə aparırlar. Çünki aprel seçkiləri yeni parlamenti formalaşdırmaqdan daha çox, Serj Sərkisyan hakimiyyətinin ölüm-qalım savaşı kimi də xarakterizə edilir.
Erməni yalanına cavab
Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir.
Tarkan ABŞ-da konsert verəcək
Müğənni Tarkan 2, 3 və 5 martda ABŞ-da konsert verəcək. Nyu-Yorkdakı "Hammerstein" konsert zalında baş tutacaq 3 günlük konsertin biletləri sürətlə satılır. Artıq martın 2-dəki konsertə bilet qalmayıb.
Rusiyanın "daşınmaz əmlak kralları" - azərbaycanlılar
"Forbes" jurnalı 2016-cı il üzrə Rusiyanın "daşınmaz əmlak kralları"nın reytinqini açıqlayıb. Ötən il daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən şəxslərin reytinqinə Azərbaycan əsilli iş adamları Zarax İliyev və Qod Nisanov başçılıq ediblər. Onlara məxsus "Kiyev meydanı" şirkətinin balansında olan əmlakın kirayəsindən 2016-cı ildə 1,27 mlrd. dollar məbləğində gəlir əldə olunub. Şirkət 1,238 mln. kvadratmetr ticarət və 69,3 min kvadratmetr ofis sahəsini kirayə verir. "Kiyev meydanı"na 1550 ədəd otel nömrəsi məxsusdur.
Çox güman ki, Dəyanət Rzayev böhran durumunda olub
“Həyatda heç kim intihardan sığortalanmayıb. İstər psixoloq olsun, istərsə də psixiatr, hər kəsin müəyyən problemləri, sıxıntıları olur. Bu fakt bir daha izah edir ki, psixiatr, psixoloq da intihardan sığortalanmayıb və demək olmaz ki, onlar intihar edə bilməz”. Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova deyib. K. Talıbova qeyd edib ki, intihar böhran vəziyyətində edilən bir davranışdır: “Çox güman ki, psixoloq Dəyanət Rzayev də intihar edən hər bir şəxs kimi böhran durumunda olub”. Apa.az
Səhiyyə Nazirliyində İtaliyanın ictimai səhiyyə institutu ilə işgüzar görüş keçirildi
Ötən gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İtaliyanın aparıcı ictimai səhiyyə institutu - Istituto Superiore di Sanitanın (İSS) professoru Peter Combonun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirildi, perspektivli əməkdaşlıq sahələri və birgə layihələrə dair müzakirələr aparıldı.
«1+1» filminin prodüserləri və məşhиr Gaumont studiyasından növbəti hit
26 yanvardan fransız və kanada mütəxəssisləri, məşhur "1+1" bədii filminin prodüsserləri, rejissorlar Erik Sammer və Erik Uorinnin birgə ərsəyə gətirdiyi «Balerina» animasiya filmi ölkənin bütün kinoteatrlarında ekranlara çıxır.
“Emalatxanada görüş” adlı yeni layihəyə start verilir
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 26 yanvar tarixindən “Emalatxanada görüş” adlı yeni layihəyə start verilir. Nazirlikdən “Olaylar” – a verilən məlumata görə layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafını, rəssamların yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Layihə Mədəniyyət və Turizm Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Bir çox gənc rəssamların yaradıcılıq nailiyyəti haqqında ən yeni məlumatlar məhz bu layihə çərçivəsində geniş izləyici auditoriyasına təqdim olunacaq.
Bilik Fondu Pedaqoji Kolleclə Memorandum imzaladı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollec arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
İçərişəhərdə istirahət günləri
Yanvarın 28-də Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılacaq.
Ev sanibi mənzilində yanaraq ölüb
Yanvarın 25-də Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus evda yanğın baş verib. Nəticədə ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.














