Səhiyyə Nazirliyində İtaliyanın ictimai səhiyyə institutu ilə işgüzar görüş keçirildi
Ötən gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İtaliyanın aparıcı ictimai səhiyyə institutu - Istituto Superiore di Sanitanın (İSS) professoru Peter Combonun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirildi, perspektivli əməkdaşlıq sahələri və birgə layihələrə dair müzakirələr aparıldı.
26 Yanvar 2017 12:07 SosialÖtən gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İtaliyanın aparıcı ictimai səhiyyə institutu - Istituto Superiore di Sanitanın (İSS) professoru Peter Combonun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirildi, perspektivli əməkdaşlıq sahələri və birgə layihələrə dair müzakirələr aparıldı.
Bu Anlaşma Memorandumuna əsasən tərəflər əməkdaşlıq çərçivəsində ətraf mühitin sağlamlığa təsiri və bu təsirin qarşısının alınması sahəsində müxtəlif təlim kurslarının keçirilməsini, Avropa ölkələrinin aparıcı tibb ocaqları ilə birgə layihə və seminarların təşkilini, elmi sübutlara əsaslanan beynəlxalq tibbi elmi ədəbiyyatın ölkə mütəxəssisləri üçün əlçatan edilməsini təmin edəcək, ekoloji epidemiologiya sahəsində birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsini dəstəkləyəcəklər. Memoranduma görə Azərbaycan alimlərinin İSS-yə və İtaliya alimlərinin İSİM-ə səfərləri təşkil ediləcək və Avropada İSS tərəfindən koordinasiya edilən "Sənaye sahələrində çirklənmiş ərazilər və səhiyyə şəbəkəsi"ndə Azərbaycanın iştirakı təmin ediləcəkdir.
Görüşdə professor Combo İSS-nin idarə etdiyi və Avropa Birliyinin dəstəklədiyi "COST Action" proqramı barədə ətraflı məlumat verdi və Azərbaycanın bu layihədə İSİM tərəfindən təmsil olunacağını yüksək dəyərləndirdi. Ümumiyyətlə, ətraf mühitin sağlamlığa təsirini qlobal problem kimi vurğulayanqonaqlar bunun ictimai səhiyyəüçün ciddi bir prioritet olduğunu bildirdilər.