Prezidentin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev son bir neçə gün ərzində məcburi köçkünlərlə bağlı bir-birinin ardınca iki mühüm sənədə imza atdı. Bunlardan biri məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman, digəri isə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam idi. Hər iki sənəd öz-özlüyündə mühüm hesab edilir.

Arzu Nağıyev: "Soydaşlarımızın doğma torpaqlarına qaytarılması prosesi davam edəcək"

"Bu təbii ki, ermənilərdə qıcıq da yaradır, hətta qorxu hissini artırır desək yanılmarıq"

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev son bir neçə gün ərzində məcburi köçkünlərlə bağlı bir-birinin ardınca iki mühüm sənədə imza atdı. Bunlardan biri məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman, digəri isə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam idi. Hər iki sənəd öz-özlüyündə mühüm hesab edilir. Əgər dövlət başçısının imzalamış olduğu məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman bu qəbildən olan insanların sosial problemlərinin həllinə, rifah halının yaxşılaşdırılmasına hesablanmışdısa, digər sənəd, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam isə məcburi köçkünlərdə yurd həsrətinə son qoymaq, öz dədə-baba torpaqlarına qayıtmaq arzusunu reallaşdırmağı özündə ehtiva edirdi. Hər iki sənəd məcburi köçkünlər, ümumiyyətlə Azərbaycan xalqı tərəfindən böyük sevinc hissi ilə qarşılandı desək yanılmarıq. Çünki uzun illərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihəsi həyata keçiriləcək, yeni yaşayış məskəni salınacaqdı. Sərəncamda qeyd edilirdi ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Bundan irəli gələrək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb. Sərəncamda da qeyd edildiyi kimi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcamlı kəndində bərpa işlərinin aparılmasını şərtləndirən əsas amillərdən biri keçən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyat olub. Əslində dövlət başçısının məlum sərəncamı da bir növ aprel uğurunun davamıdır. Təsadüfi deyil ki, mütləq əksəriyyət də məhz belə düşünür. Siyasi ekspert Arzu Nağıyevlə söhbətimiz də dövlət başçısının məcburi köçkünlərlə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışdıq.

-Arzu müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərə aylıq müavinətin təyin edilməsi ilə bağlı fərmanından sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin təmir, orada yaşayışın təmin olunması məqsədilə sərəncam imzaladı. Ümumilikdə dövlət başçısının atmış olduğu bu kimi addımlar məcburi köçkünlərdə ruh yüksəkliyini, dövlətə, onun prezidentinə olan inamını nə dərəcədə artırır?

-Düşünürəm ki. söhbtə tək ruh yüksəkliyindən getmir. Azərbaycan Prezidenti öz çıxışlarında da qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan üçün prioritet olaraq qalır. Məhz buna görə də İlham Əliyevin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir. Yəni Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün bütün mümkün imkanlardan istifadə etməyə, eyni zamanda hərbi əməliyyatlar keçirməyə hazırdır.

-Artıq işğalldan azad edilmiş ərazilərdə yaşayış komplekslərinin salınması onu deməyə əsas verirmi ki, Dağlııq Qarabağ probleminin həlli yaxındadır?

- Azərbaycanın əsas məqsədlərindən biri işğal edilmiş ərazilər azad edildikdən sonra soydaşlarımızın öz doğma torpaqlarına qaytarılmasıdır. Məhz buna görə də, bu gün Azərbaycanın bir neçə ərazilərində, eyni zamanda Cocuq Mərcanlı kəndində tikinti işlərinə start verilir. İlk növbədə Cocuq Mərcanlı kəndində 50 ev, eyni zamanda məktəb binası tikiləcək. Bundan başqa, Tərtər rayonunda da aprel döyüşlərində azad edilmiş ərazilərdə binalar inşa olunur, tikinti işləri aparılır. Düşünürəm ki, tikinti işləri yaxın zamanlarda başa çatdırılacaq və həmvətənlərimiz doğma torpaqlarına qayıda biləcəklər.

-Bəs, Azərbaycan tərəfinin bu addımı Ermənistanda nə dərəcədə qıcıq yarada bilər və cəbhədə növbəti təxribatlar mümkündürmü?

-Məlum aprel döyüşlərində 2 min hektardan artıq ərazimiz erməni işğalından azad edildi. Ermənilər də başa düşürlər ki, ikinci bir erməni dövləti bizim ərazilərimizdə yaranmayacaqdır və sonuncu terrorçunun da Azərbaycan ərazilərindən çıxarılmasına nail olacaq. Nəticə etibarilə soydaşlarımızın doğma torpaqlarına qaytarılması prosesi davam edəcəkdir. Bu təbii ki, ermənilərdə qıcıq da yaradır, hətta qorxu hissini artırır desək yanılmarıq. Onlar başa düşməlidirlər ki,bu proseslərin sonu var, məğlub olduqlarını etiraf etməsələr də , artıq özləri haqqında yaratdıqları mif sınıb.

-Beynəlxalq humanitar təşkilatlar sizcə Azərbaycanın bu addımına dəstək verəcəklərmi və təmir bərpa işlərində onların iştirakı nə dərəcədə mümkündür?

-Təbii ki, beynəlxalq humanitar təşkilatlar bu prosesə dəstək verməlidirlər. Bu torpaqlar Azərbaycanın əraziləridir və BMT tərəfindən qəbul edilən sərhədlər çərçivəsində tanınır. Burada hər hansı bir millətin müqəddartının həll edilməsinə maneə törədilmir, hüququ tapdalanmır. Məgər Azərbaycan öz ərazilərində bərpa işləri apara bilməzmi?. Təbii ki, burada heç bir beynəlxalq norma və prinsiplər pozulmur. Təmir-bərpa işlərini də Azərbaycan öz gücünə həll etməyə qadirdir və kiminsə köməyinə ehtiyac duymur.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31