Gündəm

Tələbələr üçün təlim keçirilib

26 Yanvar 2017 11:56

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə turizm sahəsində təhsil alan tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.

“Müasir cəmiyyət və dini radikalizm” adlı tədbir keçirilib 

26 Yanvar 2017 11:55

Zaqatala Müalicə-Diaqnostika Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi tərəfindən “Müasir cəmiyyət və dini radikalizm” adlı tədbir keçirilib.

“Azəravtoyol”da keçən ilin yekunları müzakirə edilib 

26 Yanvar 2017 11:52

“Azəravtoyol” ASC də 2016-ci ilin yekunlarına və 2017-cı il qarşıda duranvəzifələrin icrasına həsr olunan iclas Keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

Paytaxt məktəbliləri üçün ekskursiyalar təşkil edilir 

26 Yanvar 2017 11:48

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədlərinə xidmət edir.

Cənab İlham Əliyevin məlum Sərəncamı həm yerli ictimaiyyətə, həm də beynəlxalq aləmə mesajdır

26 Yanvar 2017 11:47

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasını nəzərdə tutan Sərəncamı hər kəs kimi məni də hədsiz sevindirdi”.

Ermənilər 14 dəfə atəşkəsi pozub

26 Yanvar 2017 11:46

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Füzuli rayonunun Qorqan kəndi yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Səməd Seyidov: “Bizim əlaqələrimizə xələl gətirmək istəyən qüvvələr var”

26 Yanvar 2017 11:45

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramunt ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ermənistanın sabiq naziri ÖLKƏDƏN QAÇDI

26 Yanvar 2017 11:39

Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birgə ABŞ-a köçüb. Onun oğlanları artıq uzun müddətdir Los-Ancelesdə biznes sahibidirlər. 

"Onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub"

26 Yanvar 2017 11:37

Millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva da psixoloq Dəyanət Rzayevin intiharına münasibət bildiriblər. Bu barədə sosial şəbəkədə yazan Fazil Mustafa bildirib ki, intiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir: "Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun.

Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb

26 Yanvar 2017 11:32

Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

BP-nin rəhbəri: "Azərbaycanın tələbinə əsasən neft hasilatını azalda bilərik"

26 Yanvar 2017 11:29

"Tənzimləyicilər tələb edərsə, BP Vyana sazişinə qoşulan bütün ölkələrdə neft hasilatını azaltmağı hazırdır". Bunu BP-in baş icraçı direktoru Robert Dadli bildirib.

Emin Həsənli: “Prezidentin orduya diqqəti çox böyükdür”

26 Yanvar 2017 11:26

“Azərbaycan ordusu həqiqətən də günün tələblərinə cavab verir”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

“Təəssüf ki, aramızdan erməninin qulluğunda müntəzir olan həbiblər də çıxır”

26 Yanvar 2017 11:23

“Həbib Müntəzirin kim olduğu hər kəsə bəllidir. Onun həyatda olan əsgərin guya şəhid olması və Müdafiə Nazirliyinin bunu gizlətməsi barədə yaydığı məlumatın arxasında təbii ki, təxribat dayanıb”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Aqil Abbas: "Sərəncam insanlarda inamı daha da artırdı"

26 Yanvar 2017 11:21

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı  çox  ciddi sərəncam torpaqlarımıza qayıdışa bir işarədir”. Bunu  millət vəkili Aqil Abbas deyib.