Aqil Abbas: "Sərəncam insanlarda inamı daha da artırdı"

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı  çox  ciddi sərəncam torpaqlarımıza qayıdışa bir işarədir”. Bunu  millət vəkili Aqil Abbas deyib.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı  çox  ciddi sərəncam torpaqlarımıza qayıdışa bir işarədir". Bunu  millət vəkili Aqil Abbas deyib.

Sərəncamın məcburi köçkünlərdə ruh-yüksəkliyi yaradacağını dilə gətirən millət vəkili söyləyib ki, bunun nəticəsidir ki, artıq 190 ailə ora qayıtmaq istəyir:  Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da açıqlamasında bildirdi ki, Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə yaşamaq üçün 190-dan ailə müraciət edib. Ötən il aprel döyüşləri zamanı Azərbaycan ordusunun qəhrəmanlığı  sayəsində əldə etdiyimiz yüksəkliklər nəticəsində artıq həmin kənd tam təhlükəsizdir. Bilirsiniz ki, orada 1 ailə yaşayırdı və ilkin olaraq 50 ailənin ora köçürülməsi nəzərdə tutulur.  Bu çox sevindirici haldır. Bu baxımdan Prezident tərəfindən imzalanan sərəncam çox vacib qərar idi".

Millət vəkili əlavə edib ki, Ölkə başçısının imzaladığı sərəncam eləcə də insanların torplaqlarımızın tezliklə geri qaytarılması ilə bağlı inamını daha da artırdı: "Gün o gün olsun bütün Qarabağ əhli sevinsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31