Tələbələr üçün təlim keçirilib
“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə turizm sahəsində təhsil alan tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.
26 Yanvar 2017 11:56 Sosial"Excelsior Hotel & Spa Baku" otelinin dəstəyi ilə turizm sahəsində təhsil alan tələbələr üçün "Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma" mövzusunda təlim keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, təlim "AtaHolding" əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılıb. Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat verildi. Təlim iştirakçıları arasında fəaliyyətin planlanması, biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirilib. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi ilə bağlı məsələlərə toxunulub. Elməddin Hüseynov bildirib ki, tələbələr təlimə böyük maraq göstəriblər və əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar