Səməd Seyidov: “Bizim əlaqələrimizə xələl gətirmək istəyən qüvvələr var”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramunt ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramunt ilə görüşüb. "Olaylar" xəbər verir ki, görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova da görüşdə iştirak edib. Nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov bildirib ki, belə görüşlərin keçirilməsi Azərbaycan ilə AŞPA arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verir. "Çünki bizim bu qurumla əlaqələrimizə xələl gətirmək istəyən qüvvələr var. Bu qüvvələr həm təşkilatın daxilində, həm də xaricində aktiv fəaliyyət göstərirlər. Bununla belə, Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir, qurumla əlaqələrimiz daha da genişlənir",- deyə S. Seyidov vurğulayıb. Bildirilib ki, Azərbaycanın AŞPA-da mövqeyinin güclənməsi nümayəndə heyətimizin fəal işi ilə yanaşı, ölkəmizdə demokratiyanın gücləndirilməsi istiqamətində görülən işlərin qurum tərəfindən obyektiv dəyərləndirilməsi ilə də bağlıdır.Azərbaycan nümayəndə heyətinin rəhbəri S. Seyidov Pedro Aqramunta qış sessiyasının açılışında ölkəmizlə bağlı söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31