“Azəravtoyol”da keçən ilin yekunları müzakirə edilib 

“Azəravtoyol” ASC də 2016-ci ilin yekunlarına və 2017-cı il qarşıda duranvəzifələrin icrasına həsr olunan iclas Keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

"Azəravtoyol" ASC də 2016-ci ilin yekunlarına və 2017-cı il qarşıda duranvəzifələrin icrasına həsr olunan iclas Keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

Qeyd olunub ki, 2016-ci il ərzində 880 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 14 ədəd yeni avtomobil körpüsü tikilib, 8 ədədi isə təmir edilib. Bundan başqa ötən il ərzində Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan və yol infrastrukturunun yenilənməsinə hesablanmış 48 sərəncamın icrası olaraq ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa

çatdırılıb. Sözügedən avtomobil yollarının tikintiasi ilə 173 yaşayış məntəqəsinin təqribən 1 milyon 230 min əhalinin rahat və təhlükəsiz hərəkəti təmin olunub. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır. 2016-cı il ərzində Prezident İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tövsiyyə və tapşırıqlarını verib. Bu dövr ərzində ümumilikdə 1 milyon 21,8 min ton asfalt-beton istehsal edilib, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31