Gündəm
Aptekdən pul oğurlayan ələ keçdi
Binəqədi rayonu ərazisindəki apteklərdən birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki apteklərdən birindən 510 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Alişan Məmmədov tutulub.
Yollar buz bağlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Yuğ Dövlət Teatrında Mikayıl Müşfiqin yaradıcılıq gecəsi
Yanvarın 27-də Yuğ Dövlət Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçiriləcək. Yuğ Dövlət Teatrından “Olaylar” – a verilən məlumata görə tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Söz” Ədəbi Layihəsinin və Yuğ Dövlət Teatrının birgə işi olan gecədə Mikayıl Müşfiqin şeirləri teatrın sənətçilərinin ifasında səslənəcək.
Səfər Əbiyev nazirliyi şəxsi biznesə çevirmişdi
Azərbaycanda hərbçilərin sosial-məişət problemi daim dövlətin diqqət mərkəzində olmasına, məsəlınin həlli istiqamətində məqsədyönlü addımların atılmasına baxmayaraq subyektiv səbəblər ucbatından hələ də əsgər və zabitlərin mənzillə təmin olunması prosesi tam şəkildə başa çatdırılmayıb.
Hüquqi və fiziki şəxslər niyə vergi ödəməkdən yayınırlar?
Son vaxtlar ölkədə fəaliyyət göstərən bəzi hüquqi və fiziki şəxslər müxtəlif bəhanələrlə vergi ödəməkdən yayınırlar. Vəziyyət o həddə çatıb ki, sahibkarlar, eləcə də iri şirkətlər vergi borclarını aylarla, bəzən isə illərlə yubadırlar.
“Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı?”
Bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb.
Şəkidə maarifləndirmə tədbiri keçirilib
Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Cunud kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində Şəki rayonu Şin kənd orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib.
Səhiyyə Nazirliyi intihar hallarının statistikasını açıqladı
"Keçən il Azərbaycanda 327 intihar – tamamlanmış suisid hadisəsi qeydə alınıb. Bununla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfər təşkil edib”. “Olaylar”ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova deyib. Şöbə müdirinin sözlərinə görə, 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib.
Nazir Sumqayıtda vətəndaşlarla görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.
Avtomobildə 32 min ədəd siqaret aşkar edildi
Gəncə Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Qadınları şantaj edən dəstə tutuldu
Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən paytaxt sakinləri Ceyhun Həmidov, Ədil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və qardaşı Tural tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.
Qadınları Türkiyəyə aparan şəxs saxlanıb
İnsan alveri ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ləman Nəzərəliyevanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib və L.Nəzərəliyeva saxlanılıb. Araşdırma aparılır.
Qaradağda naqil oğruları saxlanıb
Qaradağ rayonunun Səngəçal qəsəbəsində Sarınca-Qaradağ dəmir yolu xəttindən 150 metr mis naqili kəsib oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Qaradağ rayonunun Səngəçal qəsəbəsində Sarınca-Qaradağ dəmir yolu xəttindən 150 metr mis naqili kəsib oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Beyləqan rayon sakini İlkin Fərəcov, Ağdam rayon sakinləri Ramil Axundov və Mehman Cəfərov saxlanılıblar.
Goranboyda korrupsiya faktları aşkarlandı
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin 9 aylıq hesabat dövründə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan, ehtiyat fondlarından və yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Goranboy rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. “Olaylar” xəbər verir ki, audit 4 qurumda həyata keçirilib və ümumilikdə 7213,6 min manat məbləğində vəsait əhatə olunub.
Macarıstanın ali təhsil ocaqlarına sənəd qəbulu elan edildi
“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir.














