Səfər Əbiyev nazirliyi şəxsi biznesə çevirmişdi
Azərbaycanda hərbçilərin sosial-məişət problemi daim dövlətin diqqət mərkəzində olmasına, məsəlınin həlli istiqamətində məqsədyönlü addımların atılmasına baxmayaraq subyektiv səbəblər ucbatından hələ də əsgər və zabitlərin mənzillə təmin olunması prosesi tam şəkildə başa çatdırılmayıb.
26 Yanvar 2017 14:42 SosialBu şəxsdən sonra ordu quruculuğu yüksək səviyyəyə çatdırılıb
Azərbaycanda hərbçilərin sosial-məişət problemi daim dövlətin diqqət mərkəzində olmasına, məsəlınin həlli istiqamətində məqsədyönlü addımların atılmasına baxmayaraq subyektiv səbəblər ucbatından hələ də əsgər və zabitlərin mənzillə təmin olunması prosesi tam şəkildə başa çatdırılmayıb. Buna səbə kimi keçmiş müdafiə naziri Səfər Əbiyevin öz vəzifəsinə biganə yanaşması, daha döğrusu tutduğu postun səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadə etməsi göstərilir. Məhz bu səbədən hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması problem tam həllini tapmayıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin "N" hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında qeyd edib ki, bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi: "Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar, ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır". Dövlət başçısının bu açıqlaması deməyə əsas verir ki, sabiq müdafiə naziri Səfər Əbiyev hərbçilərin qayğısına qalmaq, onların mənzil şəraitini yaxşılaşdırmaq əvəzinə tutduğu vəzifədən yalnız şəxsi maraqları üçün istifadə edib. Nəticədə ölkənin təhlükəsizliyi, ərazi bütövlüyünün qarantı olan nazirliyə dövlət büdcəsindən ayrılan vəsait ailə maraqlarına yönəldilib. Xatırladaq ki, hələ Səfər Əbiyev nazir postunda olduğu zaman onun və qardaşlarının sərvətləri barədə məlumat yayılmışdı. Bildirilirdi ki, onun Moskva bazarlarında "Pakrovka" ticarət mərkəzləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları olub. Hətta onun xarici ölkələrdəki dəbdəbəli villalarını inşaa etməkdən ötrü nazirliyə məxsus vertalyotlarla Azərbaycandan mərmər daşındığı da xəbərlər sırasında idi. Məlumatda bildirilirdi ki, keçmiş nazirin Nazim Əbiyev adlı qardaşı Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edib. O, həmçinin MN-ə aid mənzil istismar sahələrinə kuratorluğu həyata keçirib. Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb. Nazirin qardaşı MN-in ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək şərikli bank yaradır. Nazirin digər qardaşı Məhəmməd Əbiyev Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edib. Hansı ki, nazir hərbçilərin fərdi ev tikməsi üçün müvafiq torpaq sahəsinin ayrılmasını və onlara birdəfəlik yardımın verilməsini təmin etməli idi. Səfər Əbiyevin digər qardaşı Rüstəm Əbiyev ordunun əşya təminatını təyin edən, tenderlərin 80 faizində qalib gələn, ordumuzu keyfiyyətsiz geyimlərlə təchiz edən tikiş fabrikinin direktoru olub. Göründüyü kimi S.Əliyev Müdafiə Nazirliyinə ayrılan vəsaiti rahat şəkildə mənimsəmək üçün qardaşlarını mühüm postlarda əyləşdirib. Məhz bu kimi amillər imkan verirdi ki, hərbçilər üçün istehsal olunan ərzaq məhsulları ölkənin müxtəlif bazar və dükanlarında satışa çıxarılsın. Sələfindən fərqli olaraq Azərbaycanın yeni təyin edilmiş müdafiə naziri Zakir Həsənov vəzifəyə təyin ediləndən sonra hərbçilərin bir çox problemlərinin həlli ilə bağlı müvafiq addımlar atılıb. Artıq yenu nazir tərəfindən verilən tapşırıq və tövsiyələrin nəticəsi özünü göstərir. Hərbi hissələrdə şəxsi heyətin mənzil şəraitinin yaxşılaşdırılması, zabit və gizirlərin problemlərinin həlli və sair məsələlər demək olar ki, həllini tapıb. Yeni salınan hərbi şəhərciklər ən yüksək standartlara cavab verir. Həmin şəhərciklərdə xidmət aparmaq, yaşamaq üçün bütün şərait yaradılıb. Onu da qeyd edək ki, son bir neçə il ərzində iyirmidən çox hərbi şəhərcik tikilib və əsaslı şəkildə təmir edilib. Hazırda təkcə əsgər və zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində deyil, bütövlükdə ordu quruculuğu sahəsində ciddi addımlar atılmaqdadır. Ali Baş Komandan İlham Əliyev bildirib ki, Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir: "Hərbçilərin məişət problemləri də öz həllini tapır. Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət alır. Xidmət aparmaq üçün bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət, həm də məişət şəraiti daim diqqət mərkəzindədir. Bir daha qeyd etmək istəyirəm ki, ordu quruculuğu kompleks şəkildə öz həllini tapır. Həm hərbçilərin xidmət, məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, güclü ordular sırasındadır".
Nurlan