Gündəm

İƏTP Azərbaycanın təşəbbüsünü dəstəklədi

26 Yanvar 2017 15:37

Milli Məclisin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dovlətlərin Parlament İttifaqının Daimi İxtisaslaşmiş komitələrinin iclaslarına qatılıblar.

"İnsanların Cocuq Mərcanlıya qayıtması dünyaya bir mesajdır" 

26 Yanvar 2017 15:32

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam sübut etdi ki, ölkə başçısının söylədikləri əməldə də özünü doğruldur”. Bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.

"Sərəncam torpaqlarımızın azad olunması inamını daha da möhkəmləndirdi" 

26 Yanvar 2017 15:30

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamın həm tarixi, həm hərbi, həm psixoloji əhəmiyyəti var. Bu bir daha sübut edir ki, Azərbaycan dövləti heç zaman erməni işğalı, ölkəmizin ərazilərinin işğalına təhrik edənlərlə barışmayacaq”. Bunu  tarix üzrə fəlsəfə doktoru, professor, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmov  deyib.

İtaliyada “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi müzakirə edilib

26 Yanvar 2017 15:26

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin cari vəziyyəti İtaliyanın iqtisadi inkişaf nazirinin müşaviri Mauro Battokki və həmin nazirliyin Təchizatın və enerji infrastrukturlarının təhlükəsizliyi baş idarəsinin baş direktoru Cilberto Dialuçe ilə müzakirə edilib.

Çoxmənzilli binalarda ümumi əmlakı kimlərin hesabına saxlanılmalıdır?

26 Yanvar 2017 15:24

Redaksiyamıza ən çox müraciət edilən suallardan biri çoxmənzilli binalarda ümumi əmlakı kimlərin hesabına saxlanılmsı ilə bağlıdır. Hüquqşünas Alim Hüseynli “Olaylar”a bildirib ki, çoxmənzilli binadakı qeyri-yaşayış sahəsinə mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmiş şəxslər həmin binanın, o cümlədən ümumi sahələrin (əmlakın) saxlanılmasında iştirak etməlidirlər: “Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

ABŞ-dan TERROR XƏBƏRDARLIĞI - Türkiyəyə getməyin

26 Yanvar 2017 15:20

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını terror təhlükəsi ilə əlaqədar Türkiyəyə səfər etməməyə çağırır.

Mərkəzi Nəbatat Bağında  marifləndirici seminar

26 Yanvar 2017 15:14

AMEA Mərkəzi Nəbatat Bağında “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” mövzusunda maarifləndirici seminar keçirilib. Akademiyadan  “Olaylar” – a verilən məlumata görə Mərkəzi Nəbatat Bağının direktor vəzifəsini icra edən, b.ü.f.d., dosent Vahid Fərzəliyev alimlərin dünya səviyyəsində elmi araşdırmalarının aparılması və elmi əsərlərin istinad indeksli jurnallarda dərc olunmasının dünya elminə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İtaliya Milli İctimai Sağlamlıq İnstitutu ilə AMEA arasında əməkdaşlıq

26 Yanvar 2017 15:13

Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunub.

Həcc ziyarətinə sənəd qəbulu başlayıb, qiymət və kvota açıqlanıb

26 Yanvar 2017 15:11

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.

İŞİD Suriyada azərbaycanlı qadını iki uşağı ilə birlikdə öldürüb

26 Yanvar 2017 15:09

Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb. Öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub. 

Şok kadrlar: İŞİD uşağı "canlı bomba" etdi - VİDEO

26 Yanvar 2017 15:06

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni videosunda azyaşlı "canlı bomba"nın ölümə göndərilməsi anlarını əks etdirib.  İraqın Nineviya vilayətindəki Mosul şəhərində çəkilmiş videoda 12-13 yaşlı oğlan "şəhid mobil" adlandırılan, içi partladıcı maddə ilə dolu maşını İraq ordusunun hərbi texnikası olan küçəyə sürür.

Bu viruslar uzun müddət gizli keçir, ona görə də onların vaxtında aşkarlanması çətin olur

26 Yanvar 2017 14:59

"Ötən il dekabrın sonuna olan məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyasına 6200 nəfər müraciət edib. Onların təxminən 70 faizə yaxınının - 4200-dən çoxunun müalicəyə cəlb edilməsi barədə qərar qəbul edilib".

BDYPİ-dən yol polisi ilə bağlı yayılan daha bir video barədə AÇIQLAMA

26 Yanvar 2017 14:55

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Masallı Rayon Yol Polisi şöbəsinin əməkdaşı, polis kapitanı Şəmşir Kərimov barəsində yayılan videogörüntüyə münasibət bildirib.

Putin Mariya Zaxarovanı mükafatlandırdı

26 Yanvar 2017 14:53

Rusiya prezidenti Vladimir Putin ölkənin bir sıra mədəniyyət və ictimai xadimini dövlət mükafatları ilə təltif edib. Təltif olunanlar arasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, kino aktyoru Vasili Livanov və "KVN" Beynəlxalq İttifaqının prezidenti Aleksnadr Maslyakov da yer alıblar. M.Zaxarova "Dostluq" ordeni ilə təltif edilib.

Quldurluqla məşğul olan dəstə ifşa olundu

26 Yanvar 2017 14:51

Lənkəran şəhər sakininə məxsus avtomobili quldurluq yolu ilə almağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Lənkəran şəhər sakini Bahadur Əzimova məxsus “VAZ-2170” markalı avtomobili quldurluq yolu ilə almağa cəhd göstərməkdə şübhəli bilinən Astara rayon sakinləri Şamo Əlizadə, Ramil Şabanov, Rəhim Hacıyev və Elvin Rzayev tutulublar.