İƏTP Azərbaycanın təşəbbüsünü dəstəklədi

Milli Məclisin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dovlətlərin Parlament İttifaqının Daimi İxtisaslaşmiş komitələrinin iclaslarına qatılıblar.

Milli Məclisin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dovlətlərin Parlament İttifaqının Daimi İxtisaslaşmiş komitələrinin iclaslarına qatılıblar. Milli Məclisdən verilən məlumata görə, təşkilatın Siyasi məsələlər və Xarici əlaqələr Daimi Komitəsinin iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş 3 qətnamə layihəsi - Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasina dair, İƏTPİ, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığa dair qətnamə layihələri müzakirə edilmişdir. Hər üç qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş, komitə iclasında qəbul olunmuş və təsdiq olunması üçün yanvarın 27-28-də keçiriləcək İƏTPİ Konfransının 12-ci Sessiyasına göndərilib. Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırım kimi bir daha tanımış oldu və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırdı. Habelə, İttifaq "Xocalıya Ədalət" kampaniyasını dəstəklədiyini bir daha təsdiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31