İtaliya Milli İctimai Sağlamlıq İnstitutu ilə AMEA arasında əməkdaşlıq

Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunub.

Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə "Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi" mövzusunda seminar təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi naliyyətlər sərgisini ziyarət ediblər. Daha sonra seminar öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev seminarın ictimaiyyətin diqqətini sağlam və təhlükəsiz ətraf mühitə cəlb etmək və İtaliya Milli İctimai Sağlamlıq İnstitutu ilə AMEA-nın müvafiq elmi müəssiələri arasında ekoloji təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi baxımından  əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Can Paolo Kutillo hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ekologiya və insan sağlamlığı sahəsində inkişaf etdirilməsinin önəmini vurğulayıb..
Tədbirdə İtaliya Milli Sağlamlıq İnstitutundan professorlarının məruzələri dinlənilib.

Seminar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31