Şok kadrlar: İŞİD uşağı "canlı bomba" etdi - VİDEO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni videosunda azyaşlı "canlı bomba"nın ölümə göndərilməsi anlarını əks etdirib. İraqın Nineviya vilayətindəki Mosul şəhərində çəkilmiş videoda 12-13 yaşlı oğlan "şəhid mobil" adlandırılan, içi partladıcı maddə ilə dolu maşını İraq ordusunun hərbi texnikası olan küçəyə sürür.
26 Yanvar 2017 15:06 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni videosunda azyaşlı "canlı bomba"nın ölümə göndərilməsi anlarını əks etdirib. İraqın Nineviya vilayətindəki Mosul şəhərində çəkilmiş videoda 12-13 yaşlı oğlan "şəhid mobil" adlandırılan, içi partladıcı maddə ilə dolu maşını İraq ordusunun hərbi texnikası olan küçəyə sürür.
Küçədə zirehli maşınlara çatanda avtomobil partlayıb. Daha doğrusu, sükan arxasındakı uşaq özünü partladıb.
Mosul şəhərinə nəzarəti əldən vermək istəməyən İŞİD döyüşlərdə ilk dəfə olaraq bomba yüklü pilotsuz uçan aparatlardan da istifadə etməyə başlayıb. Bu barədə Milli.az Al Arabiya-ya istinadən xəbər verir.