Gündəm
İslamda birgəyaşayış ənənəsi müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax rayonunda Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” adlı layihə çərçivəsində “Azərbaycanın birgəyaşayış mühiti” adlı üçüncü tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Tərlan Nəzərov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İngilis dili Olimpiadası keçiriləcək
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadası keçiriləcək.
Söz və fikir azadlığının təminatında müasir medianın rolu danılmazdır
Etiraf edək ki, söz və fikir azadlığının təminatında müasir medianın rolu kifayət qədərdir. Azərbaycanda isə müasir medianın inkişafı üçün lazım olan bütün şərait mövcuddur. Onu da xatırladaq ki, azad fikirliliklə medianın ictimai məsuliyyətinin bir birini tamamlaması vacib məsələlərdən biri kimi gündəmdə durur.
Şirkətdən "Bazarstore"daki balıq qalmaqalı ilə bağlı açıqlama
Esmiralda Şıxamirova adlı şəxs noyabrda "Bazarstore"da iylənmiş balıq haqqında videonu çəkərək sosial şəbəkələrdə yayıb. Sözügedən video böyük ajiotaja səbəb olub.
"Azərbaycanla Kosovanın eyni qrupa düşməsi böyük müzakirə obyektinə çevrilə bilər"
AFFA Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini dəyərləndirib.
Şura 2016-cı ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 27 yanvar 2017-ci il, saat 12:00- “JW Marriott Abşeron” hotelində 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirəcək. Media nümayəndələri toplantıya dəvətlidir.
Türkiyə və Rusiyadan Trampa CAVAB
Türkiyə Xarici İşləri Nazirliyi ABŞ prezidenti Donald Trampın Suriyada təhlükəsiz bölgə yaradacağı ilə bağlı fikirlərinə münasibət bildirib.
Keçmiş gömrükçü məhkəmə zalında həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilənAman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Ağrıkəsici dərmandan şoka düşərək öldü
Gəncədə şəhərində dərmandan ölüm hadisəsi baş verib. Şəhərin Totanlı küçəsində yaşayan, 1949-cu il təvəllüdlüXanlar Kərimov səhhəti ilə bağlı ağrıkəsici dərman qəbul edib, bundan sonra onun halı pisləşib.
Bakıda polis rəsinin keçmiş köməkçisi özünü belə öldürdü - VİDEO
Ötən gecə saat 22 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində intihar hadisəsi qeydə alınıb.
Baş nazir Trampa şotland qədəhi, xanımına isə...
Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampa şotland qədəhi, onun xanımı Melaniyaya isə alma şirəsi, gavalı mürəbbəsi və peçenye hədiyyə edəcək.
Ana 40 günlük körpəsini güllələdi: ölmədiyini görüb dənizə atdı - VİDEO
Türkiyənin İstanbul şəhərində, Eminönüdə anası tərəfindən dənizə atıldığı bildirilən 40 günlükTuğçenin axtarışı davam edir. Dəniz polisinin dünən havanın qaralmasının ardından başa çatan axtarış işləri bu gün səhər saat 11-dən etibarən yenidən başlanılıb.
Narkotik alveri ilə məşğul olan şəxs saxlanıb
Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşən Məsimovdan 1,061 qram heroin götürülüb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məsimova narkotik vasitəni satan həmyerlisi, əvvəllər məhkum olunmuş Aslan Cəfərovdan 1,017 qram, yaşadığı evə baxış zamanı 1 kiloqram 515 qram heroin aşkar edilərək götürülüb.
Bakı sakinidə 20 kq marixuana aşkar edilib
Bakı şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb. DİN-dən veriləön məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mayis Cabbarovdan 11,615 qram, rayonun A.Şərifzadə küçəsindəki söküntü ərazisində gizlətdiyi yerə baxış zamanı 20 kiloqram 5 qram marixuana aşkar edilərək götürülüb.
Keçmiş məhkum “iş başında” yaxalanıb
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Çiçək qəsəbəsi ərazisindəki mağazalardan birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olnmuş Elxan Məmmədov tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Hökməli qəsəbəsində 1 evdən təmir-tikinti alətləri və 200 metr elektrik kabeli oğurlaması da müəyyən edilib.





.jpg)








