Gündəm

60 Ağdaş sakininə çıxarış verilib

26 Yanvar 2017 16:46

Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində bu dəfə Ağdaş sakinlərinə əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Ağdaş rayonunun bir neçə kəndində baş tutan kampaniyada komitənin mobil ofisləri vətəndaşların yaşadıqları məntəqələrə gedib.

Azərbaycanda siqaret çəkmək məhdudlaşdırılır

26 Yanvar 2017 16:45

Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin qanunvericilik planına daxil edilib.

Tramp Ağ Evdəki telefonları çox bəyənib: “Hələ beləsini görməmişdim...”

26 Yanvar 2017 16:43

«The New York Times» qəzeti yeni ABŞ prezidenti Donald Trampın Ağ evə öncə həyəcan və qorxuyla yanaşdığını, amma indi çox şeydən xoşlandığını yazır. Bu haqda qəzetə prezidentin köməkçiləri, sonra da özü danışıb. Məsələn, D.Tramp Ağ evdəki telefonları çox bəyəndiyini deyib: «Bunlar həyatımda gördüyüm ən gözəl telefonlardır».

Oğruların məhkəməsində iki müstəntiqlə bağlı xüsusi qərar çıxarıldı

26 Yanvar 2017 16:41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nail Bəkirov, Söhbət Bəkirov, Ərşad Mahmudov və Sərxan Əsədullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Əsgər İsahakyanı hərbi hissədə girov saxlayırlar: “ZİL-i təmir elə, buraxaq...”

26 Yanvar 2017 16:39

İrəvan sakini, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən hərbi qulluqçu Avetik İsahakyanın 2 illik xidmət müddəti 16 gündür başa çatsa da onu evə buraxmırlar. Rrməni mətbuatına istinadən xəbər verir ki, əsgərin valideyinləri hərbi hissə komandirinin ondan ZİL markalı yük avtomobilini təmir etməyi tələb edirlər. Əks halda evə buraxmayacaqlarını deyirlər.

Dollar Rusiyada da bahalaşdı

26 Yanvar 2017 16:38

Moskva birjasında yanvarın 19-dan sonra ilk dəfə ABŞ dolarının məzənnəsi 60 rublu keçib.

İŞİD yaraqlıları PUA-dan istifadə ilə bağlı ilk videogörüntüləri yayıb

26 Yanvar 2017 16:37

Sosial şəbəkələrdə yayımlanmış kadrlardakı epizodlardan birində Mosul uğrundakı döyüşlərdə İraq ordusuna qarşı pilotsuz uçan aparatların tətbiqi nümayiş etdirilib.

Ukrayna defolta hazırlaşır

26 Yanvar 2017 16:34

London yüksək məhkəməsi Ukraynanın Rusiya qarşısındakı 3 milyard dollar borcuna dair iddiaya baxır. Kreditin taleyi Pasxaya qədər bəlli olacaq. Ekspertlər hesab edir ki, ən yaxşı halda Kiyev maliyyə yardımı xahişi ilə Qərbə müraciət edəcək. Ən pis ssenaridə defolt elan edəcək.

İntihar edən psixoloqun xanımı: "Ölkədən qaçıb getmək istəyirdi"

26 Yanvar 2017 16:32

Həmişə bizimlə zarafatlar edirdi deyə bura gələnə kimi Dəyanətin intihar xəbərinin zarafat olduğunu düşünürdük. Ancaq bu dəfə üzümüzü güldürmədi.

Mərkəzi Asiya: 2017-ci ildə qeyri-sabitlik təhlükəsi

26 Yanvar 2017 16:30

Dünyanın müxtəlif regionlarında cərəyan edən geosiyasi proseslərin mümkün nəticələrini mütəxəssislər intensiv surətdə analiz edirlər. Beynəlxalq tədbirlərdə bu məsələlər geniş müzakirə olunur. Müəyyən qənaətlər əldə edilir. Maraqlıdır ki, bütün hallarda ekspertlər regional proseslərə qlobal kontekstdə yanaşmağa üstünlük verirlər.

Bakı heç kimin gözləmədiyini edərsə... - Ərazilərin azad olunması üçün DÖRD AMİL

26 Yanvar 2017 16:27

Bir neçə gün öncə “Washington Times” nəşri ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsini həll edərək, Nobel mükafatı almaq imkanının olduğunu yazdı. Nəşrin bu məqaləsindən sonra Trampın Qarabağ münaqişəsi ilə bağlı hansı siyasi xətti izləyəcəyi haqqında suallar yaranıb.

“Müqaviməti dayandırın və İsrailə təslim olun!” - TƏKLİF

26 Yanvar 2017 16:25

Səudiyyə Ərəbistanının məşhur qəzetlərindən olan “Əl-Cəzirə”nin yazarı Məhəmməd Əl-Şeyx fələstinliləri qəzəbləndirəcək bir tövsiyə ilə çıxış edib.

Dünyanın sonunu gətirəcək fəlakət XƏBƏRDARLIĞI: Dənizlər daşacaq, əsrin sonuna kimi...

26 Yanvar 2017 16:24

İqlim dəyişikliyi nəticəsində yaranacaq yüksək temperatur səbəbindən dünyada hər il 200 min nəfər ölə, sel səbəbindən isə 10 milyard dollarlıq ziyan dəyə bilər.

Məzildə qadın meyiti tapılıb

26 Yanvar 2017 16:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərha nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb, 1942-ci il təvəllüdlü Həsənova Nəsibə Əliyaqub qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

“Əmək pensiyası haqqında” qanuna dəyişdirilir

26 Yanvar 2017 16:20

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli məlumat verib. Komitə sədri bildirib ki, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.