“Müqaviməti dayandırın və İsrailə təslim olun!” - TƏKLİF
Səudiyyə Ərəbistanının məşhur qəzetlərindən olan “Əl-Cəzirə”nin yazarı Məhəmməd Əl-Şeyx fələstinliləri qəzəbləndirəcək bir tövsiyə ilə çıxış edib.
26 Yanvar 2017 16:25 DünyaSəudiyyə Ərəbistanının məşhur qəzetlərindən olan "Əl-Cəzirə"nin yazarı Məhəmməd Əl-Şeyx fələstinliləri qəzəbləndirəcək bir tövsiyə ilə çıxış edib. Yazar fələstinlilərə silahlı müqaviməti dayandıraraq İsrailə təslim olmağı məsləhət görüb.
Onun sözlərinə görə, İsraillə sülhdən başqa yol yoxdur. Məhəmməd Əl-Şeyx fələstinlilərin İsrailə qarşı silahlı müqavimətini tənqid edərək bunun "siyasi intihar" olduğunu söyləyib.
"Amerika Konqresinə keçirilən seçkilərə pul ayıranların hər 10-dan 7-si yəhudidir. Amerika İsrail İctimai İşlər Komitəsi (AIPAC) adlanan yəhudi təşkilatı ölkənin ən güclü lobbisidir", - deyə müəllif qeyd edib.
Yazar hesab edir ki, Fələstin məsələsi hazırda ərəblərin gözündə əvvəlki dəyərini itirib və artıq prioritet məsələ deyil: "Çünki vətəndaş müharibələri dörd ərəb ölkəsini yıxıb. Fələstinlilərə bunları tövsiyə edirəm: inad və özlərini böyük görmək zərərdən başqa heç bir şey gətirməyəcək. Sonda bu inad və qürurun əvəzini yalnız fələstinlilər ödəyəcək". Bu barədə Publika.az xarici mediaya istinadən xəbər verir.