İŞİD yaraqlıları PUA-dan istifadə ilə bağlı ilk videogörüntüləri yayıb

Sosial şəbəkələrdə yayımlanmış kadrlardakı epizodlardan birində Mosul uğrundakı döyüşlərdə İraq ordusuna qarşı pilotsuz uçan aparatların tətbiqi nümayiş etdirilib.

Sosial şəbəkələrdə yayımlanmış kadrlardakı epizodlardan birində Mosul uğrundakı döyüşlərdə İraq ordusuna qarşı pilotsuz uçan aparatların tətbiqi nümayiş etdirilib.

Videoda İŞİD terrorçularu pilotsuz uçan aparatlardan istifadə qaydalarını göstəriblər. Kadrlardan da görünür ki, pilotsuz aparatın "uçan qanad"ına iki əldəqayırma bomba birləşdirilir, İraq döyüşçülərinin olduğu mövqelərin üstündən uçaraq, bombalar atılır. Ölçüsü kiçik, mühərrikin səsi isə sakit olduğuna görə əsgərlər havadan gələn təhlükəyə reaksiya verməyə imkan tapmırlar.

Qeyd edək ki, İŞİD yaraqlılarının PUA-dan istifadə etməsi ilə bağlı əvvəl də müxtəlif məlumatlar yayılıb. Hətta ötən ilin sentyabr ayında Türkiyə hökuməti üç türk hərbçisinin bu cür bombalanma nəticəsində yaralandığını bəyan etmişdi. virtualaz.org


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31