Əsgər İsahakyanı hərbi hissədə girov saxlayırlar: “ZİL-i təmir elə, buraxaq...”
İrəvan sakini, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən hərbi qulluqçu Avetik İsahakyanın 2 illik xidmət müddəti 16 gündür başa çatsa da onu evə buraxmırlar. Rrməni mətbuatına istinadən xəbər verir ki, əsgərin valideyinləri hərbi hissə komandirinin ondan ZİL markalı yük avtomobilini təmir etməyi tələb edirlər. Əks halda evə buraxmayacaqlarını deyirlər.
26 Yanvar 2017 16:39 Dünyaİrəvan sakini, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən hərbi qulluqçu Avetik İsahakyanın 2 illik xidmət müddəti 16 gündür başa çatsa da onu evə buraxmırlar. Rrməni mətbuatına istinadən xəbər verir ki, əsgərin valideyinləri hərbi hissə komandirinin ondan ZİL markalı yük avtomobilini təmir etməyi tələb edirlər. Əks halda evə buraxmayacaqlarını deyirlər.
Əsgərin atası İşxan İsahakyan deyir ki, oğlunun məsələsi ilə bağlı Müdafiə Nazirliyində olub. "Mənə dedilər ki, bizlik deyil, get hərbi komissarlığa. Hərbi komissarlıqdan isə deyirlər ki, onlarlıq deyil. Bilmirik kimə müraciət edək. 2 illik xidmət müddətindən 16 gün keçib, oğlumu evə buraxmırlar"-əsgərin atası bildirir.

İşxan İsahakyanın dediyinə görə, oğlu əsgərlikdə ZİL sürücüsü olub. Lakin ehtiyatsızlıqdan maşının şüşəsini sındırdığı üçün ZİL-i ondan alıb müqavilə əsasında xidmət keçən sürücüyə veriblər. "İndi məlum deyil ki, maşın nə vəziyyətdədir, kim onu xarab edib. Hamısını mənim oğlumun üstünə atırlar. Deyirlər ki, düzəltməsən evə gedən deyilsən. Bu nə deməkdir? Mənim oğlumu girov saxlayırlar? Mən haradan alıb pul göndərim? Banklara borcum var, işləmirəm. Neyləyim? Oğurluq edim? Mən uşağı vətənə xidmət etməyə, yoxsa maşın təmir etməyə göndərmişəm? Bu, ordudur, yoxsa həbsxana?"-qəzəbli valideyin bildirir.
Ermənistan MN-in mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə deyib ki, məsələdən məlumatsızdır və araşdırıb cavab verəcək. Virtualaz.org