60 Ağdaş sakininə çıxarış verilib
Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində bu dəfə Ağdaş sakinlərinə əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Ağdaş rayonunun bir neçə kəndində baş tutan kampaniyada komitənin mobil ofisləri vətəndaşların yaşadıqları məntəqələrə gedib.
26 Yanvar 2017 16:46 SosialƏmlak Məsələləri Dövlət Komitəsi "Kütləvi çıxarış" kampaniyası çərçivəsində bu dəfə Ağdaş sakinlərinə əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Komitədən "Olaylar"a verilən məlumata görə, Ağdaş rayonunun bir neçə kəndində baş tutan kampaniyada komitənin mobil ofisləri vətəndaşların yaşadıqları məntəqələrə gedib. Birbaşa həyətlərdə əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar əmlak sahiblərinə təqdim edilib. Belə ki, bu çıxarışlar vətəndaşlara məxsus fərdi həyət evləri, pay torpaqları, həyətyanı torpaq sahələrinə dair verilib. Bu dəfəki kampaniya zamanı komitənin xüsusi nəqliyyat vasitələrində 60 rayon sakininə hazır çıxarışlar verilib. Eyni zamanda, 30 sakindən onların mülkiyyətinə dair ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib. Bu sosial tədbir sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisinə yol vermədən çıxarışları əldə ediblər. Son nəticədə bu tədbirlər xidmətlərdən vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.