Azərbaycanda siqaret çəkmək məhdudlaşdırılır
Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin qanunvericilik planına daxil edilib.
26 Yanvar 2017 16:45 SosialAzərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin qanunvericilik planına daxil edilib. "Olaylar" xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib. Qanun layihəsi barədə "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müəllifi, deputat Musa Quliyev danışıb.O, bildirib ki, layihə ilə bağlı ictimai dinləmələrin keçirilməsi daha məqsədəuyğundur: "Burada həm istehlakçıların, həm istehsalçıların balanslaşdırılmış marağı nəzərə alınmalıdır. Bir sözlə, millətin marağı əsas götürülməlidir. Milli Məclisin fəaliyyətinin əsas məqsədi də budur. Həmin dinləmələrə tütün istehsal edən, o cümlədən idxalçı şirkətlərin nümayəndələrini də dəvət etmək yaxşı olardı. Arzu edirəm ki, qanun layihəsi parlamentin yaz sessiyasında qəbul edilsin". Deputat İlham Məmmədov isə deyib ki, məktəblərin yaxınlığında yerləşən köşklərdə ədədlə siqaret satışının qarşısını almaq da yaxşı olar. "Çünki siqareti ədədlə adətən yeniyetmə və gənclər alırlar".