“Əmək pensiyası haqqında” qanuna dəyişdirilir
Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli məlumat verib. Komitə sədri bildirib ki, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.
26 Yanvar 2017 16:20 SosialAzərbaycanda pensiya islahatlarını nəzərdə tutan "Əmək pensiyası haqqında" qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli məlumat verib. Komitə sədri bildirib ki, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.