Mərkəzi Nəbatat Bağında  marifləndirici seminar

AMEA Mərkəzi Nəbatat Bağında “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” mövzusunda maarifləndirici seminar keçirilib. Akademiyadan  “Olaylar” – a verilən məlumata görə Mərkəzi Nəbatat Bağının direktor vəzifəsini icra edən, b.ü.f.d., dosent Vahid Fərzəliyev alimlərin dünya səviyyəsində elmi araşdırmalarının aparılması və elmi əsərlərin istinad indeksli jurnallarda dərc olunmasının dünya elminə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AMEA Mərkəzi Nəbatat Bağında "Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə" mövzusunda maarifləndirici seminar keçirilib.
Akademiyadan  "Olaylar" - a verilən məlumata görə Mərkəzi Nəbatat Bağının direktor vəzifəsini icra edən, b.ü.f.d., dosent Vahid Fərzəliyev alimlərin dünya səviyyəsində elmi araşdırmalarının aparılması və elmi əsərlərin istinad indeksli jurnallarda dərc olunmasının dünya elminə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
MNB-nın doktorantı Aynur Ərəbzadə elmi nəticələrin təbliği məqsədilə AMEA və "Thomson Reuters" təşkilatlatı arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bu kimi bazaların təcrübəsi, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblər, məqalələrininqiymətləndirilməsi və çap olunma texnologiyasının mənimsənilməsinin əhəmiyyətindən danışıb.
Seminarı Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov davam etdirərək, alim və mütəxəssisləri elmi tədqiqat işlərinin hazırlanması zamanı "Web of Science" və "Scopus" kimi qlobal məlumat bazalarının imkanları və əsas elementlərindən səmərəli istifadə qaydaları ilə tanış edib. 
Qeyd edək ki, cari ilin oktyabr ayında AMEA ilə "Thomson Reuters" təşkilatı arasında imzalanmış müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssisləri üçün "Thomson Reuters" platformasının bibliometrik şəbəkəsindən ("Web of Science") istifadə imkanları yaradılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31