Nazir Sumqayıtda vətəndaşlarla görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.
26 Yanvar 2017 14:33 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib. Nazir budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayıb: "Bu ilin ilk qəbulunu Sumqayıt şəhərində keçirdik. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi sistemində islahatlar keçirildi. Bu islahatların nəticəsində 15 regional mədəniyyət və turizm idarəsi yaradıldı. İslahatlar ölkəmizin mədəniyyət və turizm sahələrində idarəçiliyin təkmilləşdirilməsinə və işimizin günün müasir tələblərinə uyğun şəkildə qurulmasına xidmət edir". Nazir vurğulayıb ki, vətəndaşlarla görüşlər əhali tərəfindən mədəniyyət və turizmin inkişafına xüsusi həssaslıqla yanaşıldığını göstərir. İrəli sürülən faydalı təkliflər yerlərdə mövcud problemlərin həllinə müsbət təsir edir. Regionlarda turizmlə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir qeyd edib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: "Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncam və 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bu sahədə yeni bir mərhələnin başlandığını göstərir".