Gülben Ergen bütün obyektlərini satır - ölkəni tərk edir?

Üç ay əvvəl 1,5 milyon lirə (təxminən 750 min manat) sərmayə qoyduğu "Dadı Mutfak" restoranını futbolçu Arda Turana satdığı deyilən müğənni Gülbel Ergen ardınca da evlərini satışa çıxarıb.

Üç ay əvvəl 1,5 milyon lirə (təxminən 750 min manat) sərmayə qoyduğu "Dadı Mutfak" restoranını futbolçu Arda Turana satdığı deyilən müğənni Gülbel Ergen ardınca da evlərini satışa çıxarıb. Müğənni Bodrumdakı villasını 1 milyon 400 min lirəyə (təxminən 700 min manat), Nişantaşındakı evini isə 900 min lirəyə (təxminən 450 min manat) satması üçün maklerinə təlimat verib.

O, həmçinin Etilərdəki ofisini də 8000 lirəyə (təxminən 4000 manat) kirayə verib.

Müğənninin bu addımı mətbuatın diqqətini çəkib. Onun Türkiyəni tərk etməyə hazırlaşdığı deyilir. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31