Gündəm

Tam iflic olmuş xəstələr danışa biləcəklər - Alimlərdən ŞOK AÇIQLAMA

1 Fevral 2017 19:11

Tam iflic olmuş xəstələr xüsusi kompüter sisteminin yardımı ilə ətraf mühitlə ünsiyyət qura biləcəklər. Bu barədə isveçrəli alimlər məlumat verib. "PLOS Biology" jurnalında İsveçrə klinikalarından birində tam iflic olmuş dörd xəstə üzərində aparılan araşdırmanın nəticələri nəşr olunub.

Tubanın boşanarkən ərindən alacağı mal-mülk

1 Fevral 2017 19:05

Aktrisa Tuba Büyüküstün və həyat yoldaşı aktyor Onur Saylak razılaşma əsasında boşanacaqlar. Cütlüyün əkiz uşaqları Maya və Toprağın himayədarlığı Tubaya verilib. Lakin Onur istədiyi zaman uşaqları ilə görüşə biləcək. 

“Kağız qəbir” filmində Xocalı Faciəsi

1 Fevral 2017 19:04

 Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə “Kağız qəbir” adlı film çəkilib. Bu barədə “Olaylar” – a AYB-in mətbuat xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri, şair Xəyal Rza məlumat verib.

“Ağıllı” telefonların dünya üzrə satışı 3 faizdən çox artıb 

1 Fevral 2017 19:00

“Strategy Analytics” şirkəti 2016-cı ildə smartfon tədarükünün həcmi ilə bağlı tədqiqatının nəticələrini dərc edib. Mütəxəssislər bildirib ki, “ağıllı” telefonların satışları rekord 1,49 milyard ədəd həddə çatıb. 2015-ci illə müqayisədə tədarükün həcmi 3 faizdən çox artıb. 

Öskürəkdən qurtulmağın ASAN YOLU: soğan, limon, bal...

1 Fevral 2017 18:50

Havanın soyuması və siqaretdən istifadə öskürək hallarının artmasına səbəb olur. Öskürəyin inkişafının ən əsas səbəbi isə nəfəs borusu və ağciyərdəki xoşagəlməz tullantıların xaric olunmamasıdır. Lakin öskürəkdən sadə bir reseptlə xilas ola bilərsiniz. Bunun üçün evinizdə olan 3 ərzaqdan istifadə edin. Öskürəkdən xilas olmağın ən asan yolu ilə sizi tanış edirik.

Akif Çovdarovun məhkəməsində zərərçəkmiş ifadə verib - YENİLƏNİB

1 Fevral 2017 18:42

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra başlayacaq.

Siyavuş Novruzov: Xaricdəki havadarları İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir

1 Fevral 2017 18:41

Gəncləri ortaya atıb, sonra qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir. Bunu  YAP icra katibinin müavini, Milli Məclisin İctimai biriklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Məlahət İbrahimqızı: “Prezidentin uğurlu siyasət “5-ci kolon”u ciddi narahat edir”

1 Fevral 2017 18:40

“İsa Qəmbərin anti-Azərbaycan ruhlu çağırışlar etməsi, ölkəmizdə süni ajiotaj yaratmağa cəhd etməsi və puç olmuş, heç bir əhəmiyyət kəsb etməyən primitiv siyasi şüarlarla yenidən “aktiv”ləşməsi radikal müxalifəti daha dərin uçuruma yuvarlayacaq. Bu admalar iqtidarda olduqları müddətdə ölkəmizə şok yaşatdılar, rayonlarımız işğal olundu, dövlət büdcəsi talan olundu, ölkədə vətəndaş müharibəsi başladı. İndi bu adamlar 25 ildən sonra “dirçəl”iblər, inkişaf etmiş, dünya arenasında özünəməxsus yer qazanmış Azərbaycanı yenidən uçuruma aparmağa çalışırlar. Ancaq bu arzu onların ürəklərində qalacaq. Təbii ki, bu cür sapı özümüzdən olan baltaları dəstəkləyən bəzi xarici dairələrin ölkəmizlə bağlı hazırladıqları planlar alt-üst olacaq. Necə ki, belədir”. Bu fikirlər  millət vəkili Məlahət İbrahimqızı bildirib.

Oktay Kaynarcadan Məryəm Uzerli ilə sevgili olma xəbərinə münasibət

1 Fevral 2017 18:40

Aktyor Oktay Kaynarca dünən İstanbulun Arnavutköy səmtində görüntülənib.  Dostları ilə birgə yeməkdə olan aktyor çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, baş rolda olduğu "Eşkıya dünyaya hükümdar olmaz" serialına yeni daxil olan aktrisa Məryəm Uzerli Uzerli ilə sevgili olduqlarına dair yayılan xəbərlərə belə münasibət bildirib:

Elçin Mirzəbəyli: “İsa Qəmbərin antimilli siyasətinin girovuna çevrilmiş Müsavata yer yoxdur” 

1 Fevral 2017 18:38

“İsa Qəmbərin və onun Müsavatının nə Məmmədəmin Rəsulzadəyə, nə tarixi Müsavat Partiyasına, nə də Azərbaycan Xalq Cümhuriyyətinə heç bir aidiyyatı yoxdu. Ən azı ona görə ki, Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura Azərbaycanın dövlət müstəqilliyini elan etmişdi, İsa Qəmbərin təmsil olunduğu “Milli Şura” isə Azərbaycanın müstəqilliyinə, suverenliyinə qəsd etməyi qarşısına məqsəd qoymuşdu”. Bu fikirləri BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirib.

Erməni lobbisinin sifarişini icra etmək uğrunda mübarizə aparanlar

1 Fevral 2017 18:31

Dünya siyasətçilərı sırasında zəkası, idrakı və əməli fəaliyyəti ilə seçilən Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi düşünülmüş siyasəti ilə ciddi uğurlara imza atıb. Elə bu naliyyət də beynəlxalq aləmdə həm də təşəbbüskar dövlət başçısı imicini qazanmış İlham Əliyevin uğurlu daxili və xarici siyasətini həzm etməyən qüvvələrin narahatlığına səbəb olub.

Beyni gücləndirən ən təsirli - Qidalar

1 Fevral 2017 18:30

İnsan 30 yaşını keçdikdən sonra beyni yaşlanmağa başlayır. Bu da yaddaş problemləri və alzeymer xəstəliyi olaraq özünü büruzə verir. Ancaq sağlam qidalanaraq beynin yaşlanmasının qarşısını almaq mümkündür. Doğru qidalanmaq beyni inkişaf etdirib, zehni və yaddaşı gücləndirməyin əsas qaydasıdır.

Steffan de Mistura: “Suriya hökuməti danışıqlarda güzəştlər barədə ciddi düşünməlidir”

1 Fevral 2017 18:25

Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın 20-dək təxirə salınıb. Bunu BMT baş katibin xüsusi nümayəndəsi Steffan de MisturaBMT Təhlükəsizlik Şurasında keçirilən brifinqdə deyib. 

Aİ ölkələrinin sərhədlərində nəzarət rejimi daha üç ay uzadılıb

1 Fevral 2017 18:21

Avropa İttifaqı (Aİ) ölkələri qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Şengen zonasının xarici sərhədlərində nəzarət rejiminin tətbiqi üzrə fövqəladə tədbirlərin müddətini daha üç ay uzadıb. Bu qərar Aİ ölkələrinin qurumun mərkəzi orqanlarındakı nümayəndələrinin iclasında qəbul edilib.