Erməni lobbisinin sifarişini icra etmək uğrunda mübarizə aparanlar

Dünya siyasətçilərı sırasında zəkası, idrakı və əməli fəaliyyəti ilə seçilən Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi düşünülmüş siyasəti ilə ciddi uğurlara imza atıb. Elə bu naliyyət də beynəlxalq aləmdə həm də təşəbbüskar dövlət başçısı imicini qazanmış İlham Əliyevin uğurlu daxili və xarici siyasətini həzm etməyən qüvvələrin narahatlığına səbəb olub.

Kim qalıb gələcək: İsa Qəmbər, yoxsa, Əli Kərimli?

Dünya siyasətçilərı sırasında zəkası, idrakı və əməli fəaliyyəti ilə seçilən Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi düşünülmüş siyasəti ilə ciddi uğurlara imza atıb. Elə bu naliyyət də beynəlxalq aləmdə həm də təşəbbüskar dövlət başçısı imicini qazanmış İlham Əliyevin uğurlu daxili və xarici siyasətini həzm etməyən qüvvələrin narahatlığına səbəb olub. Xüsusən, ölkə prezidentinin milli maraqlara cavab verin daxili və xarici siyasət yürütməsi Ermənistan dövləti və erməni diasporası başda olmaqla xarici anti-Azərbaycan qüvvələrini əndişələndirib. Məlum aprel döyüşlərindən sonra yuxuları ərşəyə çəkilmiş sözügedən qüvvələr dövlət başçısının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra daha da fəallaşıblar. Öz məkirli niyyətlərini həyata keçirmək məqdəilə istənilən çirkin vasitələrə əl atmağa hazır olan həmin qüvvələr ənənvi metodlarını sınamaq qərarına gəliblər. Sözssüz ki, bu metod anti-Azərbaycan qüvvələri və onların sifarişlərini yerinə yetirməyə canla-başla hazır olan daxili anti-milli qruplar, "5-ci kolon" fəallarının ələ alınmasıdır. Əslində daxili anti-milli qrupların ələ alınması üçün elə də bir ciddi səhdə ehtiyac duyulmur. Çünki, Azərbaycan xalqının qanına susamış həmin qruplar xarici sifarişçilərinin əmrini icra etməkdən ötrü özlərini hərraca çıxarblar. Hətta, əmrə müntəzir olmaq üçün açıq savaşa da başlayıblar. Nəzərə almaq lazımdır ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək özlərini gündəmə gətirməyə çalışır, bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Daha doğrusu, siyasi karyeralarını başa vurmuş Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər nəyin bahasına olursa-olsun ölkənin siyasi həyatını zəbt etməyə çalışırlar. Nə yazıqlar ki, bunun üçün ölkədə sosial dayaqlar axtarmaq əvəzinə, xarici havadarlar axtarışına çıxıblar. Əslində, milli hərəkatın ilk illərində topladıqları siyasi kapitalın iflasa uğradığını çox yaxşı anlayan bu "siyasətbazlar" nədənsə dərk etmək istəmirlər ki, artıq onlar cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunurlar. Ancaq, müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları ilə barışmaq zamanı çatıb. 

Şəxsi mənafelər milli maraqları üstələyib 

Vəziyyət o həddə çatıb ki, artıq bu nimdaş siyasətçilər nə əqidədaşları, nə də ətraflarındakı yaxınları tərəfindən qəbul olunmurlar. Siyasi və elmi karyelarını başa vuran bu kəsimlər meydanda təklənmiş şəkildə qalıblar. Məsələn, uğursuzluq quyusunun dibinə yuvarlanmış İsa Qəmbərin hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran ironiya ilə gündəmə gəlmək cəhdi yaxınları və azsaylı tərəfdaşlarının onu tərk etməsinə səbəb olur. Hər çıxışında iqtidarı əsassız iddialarla suçlayan İsa Qəmbər indiyə qədər heç bir səmərəli ideya və təklif müəllifi kimi yadda qalmayıb. Üstəlik elmi fəaliyyəti ilə də diqqəti cəlb etməyən alayarımçıq laborant İsa Qəmbər bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür. Ancaq bu düşüncə tərzi artıq Azərbacan xalqına bəllidir. Ölkə ictimaiyyəti onun necə "siyasətçi" və "lider" olduğunun fərqindədir. Əslində İsa Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir. Hələ hakimiyyətdə təmsil olunduğu qısa müddət ərzində dövlətə və xalqa vurduğu ziyanın miqyası beyinlərdən silinməyib. Maraqlıdır, vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər kimiləri bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar? Axı, onlar milli maraqları şəxsi mənafelərinə satan "siyasətçi" kimi yadda qalıblar. 

Vəzifəni pul dağarcığı hesab edən "siyasətçilər"

Vəzifəni, tutduğu postu gəlir mənbəyi, pul dağarcığı hesab edən İsa Qəmbər, Əli Kərimli kimiləri heç vaxt ölkənin strateji maraqlarını qoruya bilməz, işğal edilmiş trpaqları quruş-qəpiyə peşkəş edərlər. Məlumat üçün qeyd edək ki, hakimiyyətləri dövründə bu ünsürlər mütəmadi olaraq erməni lobbisindən, eləcə də müxtəlif məqsədlər üçün yaradılmış xarici fondlardan gələn sifarişləri icra etməyi üstün tutblar. Çünki, onları dövlət, milli maraqlar deyil, xaricdən gələn sifarişlərin icrası hesabına əldə etdikləri dəbdəbəli həyat maraqlandırıb. Elə bu səbədən də fəaliyətlərini daim ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa yönəldiblər.

Müsavatçı, türkçü, yoxsa millətçi?

Özlərini siyasətçi adlandıran bu avantürislər hətta hakimiyyətdə olduqları dövrdə, ondan əvvəlki və sonrakı dönəmlərdə belə rəhbərlik etdikləri siyasi təşkilatın ideologiyasını, məram və məqsədini belə müəyyən edə bilməyiblər. "İngilis bayrağı" kimi külək əsən tərəfə əyilən bu "siyasətçilər" özlərini gah "müsavatçı", gah "türkçü", gah da "millətçi" kimi qələmə veriblər. Bu illər ərzində Müsavat ciddi ideologiya formalaşdıra bilməmiş, gah Türkiyədə MHP-yə yaxın çevrələrə xoş gəlmək üçün türkçülük, gah Əbülfəz Elçibəyin irsinə iddia etmək üçün "milli demokratiya", gah islamçı elektoratın səsini almaq üçün hacılıq, gah da Avropadan qrant almaq üçün "liberalizm" pərdəsinə bürünmüşdür. Ancaq etiraf edilməlidir ki, radikal, dağıdıcı, separatizmə meyilli olan bu kəsimlər mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz ümummilli lider Heydər Əliyevə borcludurlar ki, hakimiyyətə gəldikdən sonra həm də onları ölümdən xilas etdi. Təəssüf ki, onlar bundan da düzgün nəticə çıxarmaq iqtidarında deyillər. İsa Qəmbər, Əli Kərimli və digər bu kimi ünsürlər artıq cəmiyyət tərəfindən qəbul olunmur və Azərbaycanın siyasi həyatından silinmişlər. Onların dağıdıcı fəaliyyətlərini bərpa etmək cəhdləri isə hüquq-mühafizə orqanlarının səlahiyyət çərçivəsinə daxil olan məsələdir. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31