Aİ ölkələrinin sərhədlərində nəzarət rejimi daha üç ay uzadılıb
Avropa İttifaqı (Aİ) ölkələri qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Şengen zonasının xarici sərhədlərində nəzarət rejiminin tətbiqi üzrə fövqəladə tədbirlərin müddətini daha üç ay uzadıb. Bu qərar Aİ ölkələrinin qurumun mərkəzi orqanlarındakı nümayəndələrinin iclasında qəbul edilib.
1 Fevral 2017 18:21 DünyaAvropa İttifaqı (Aİ) ölkələri qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Şengen zonasının xarici sərhədlərində nəzarət rejiminin tətbiqi üzrə fövqəladə tədbirlərin müddətini daha üç ay uzadıb. Bu qərar Aİ ölkələrinin qurumun mərkəzi orqanlarındakı nümayəndələrinin iclasında qəbul edilib.
Qeyd edək ki, sərhəd nəzarəti tədbirləri 2015-ci ilin sentyabr ayından tətbiq olunur. Onun vaxtı bu il fevralın ortalarında başa çatsa da, son qərar ilə müddət mayın ortalarına qədər uzadılacaq. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.