Oktay Kaynarcadan Məryəm Uzerli ilə sevgili olma xəbərinə münasibət
Aktyor Oktay Kaynarca dünən İstanbulun Arnavutköy səmtində görüntülənib. Dostları ilə birgə yeməkdə olan aktyor çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, baş rolda olduğu "Eşkıya dünyaya hükümdar olmaz" serialına yeni daxil olan aktrisa Məryəm Uzerli Uzerli ilə sevgili olduqlarına dair yayılan xəbərlərə belə münasibət bildirib:
1 Fevral 2017 18:40 DünyaAktyor Oktay Kaynarca dünən İstanbulun Arnavutköy səmtində görüntülənib. Dostları ilə birgə yeməkdə olan aktyor çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, baş rolda olduğu "Eşkıya dünyaya hükümdar olmaz" serialına yeni daxil olan aktrisa Məryəm Uzerli Uzerli ilə sevgili olduqlarına dair yayılan xəbərlərə belə münasibət bildirib:
"Manyakın biri ortaya bir daş atır, siz də inanırsınız".
Həmin an sürücüsünün avtomobilin şüşələrini təmizləmək üçün siləcəklərdən su vurması nəticəsində "islanan" Kaynarca ona əsəbiləşib.
"Mən "manyakın biri daş atdı" deyirəm, sən avtomobilə su atırsan".
Qeyd edək ki, bir müddət öncə sevgili olduqları barədə yayılan şayiələrə M.Uzerli "Oktay mənim tipim deyil" cavabını vermişdi. Bu barədə Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.