Steffan de Mistura: “Suriya hökuməti danışıqlarda güzəştlər barədə ciddi düşünməlidir”
Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın 20-dək təxirə salınıb. Bunu BMT baş katibin xüsusi nümayəndəsi Steffan de MisturaBMT Təhlükəsizlik Şurasında keçirilən brifinqdə deyib.
1 Fevral 2017 18:25 SiyasətSuriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın 20-dək təxirə salınıb. Bunu BMT baş katibin xüsusi nümayəndəsi Steffan de MisturaBMT Təhlükəsizlik Şurasında keçirilən brifinqdə deyib.
"İlk növbədə, Astanada irəli sürülən təşəbbüsün reallaşmasını və atəşkəs rejiminin sabit xarakter almasını istəyirik. İkincisi, hökuməti təmsil edən nümayəndə heyəti gərək zəruri güzəştlər barədə ciddi düşünsün və müzakirələrə hazırlaşsın. Daim dəyişən vəziyyəti nəzərə alaraq, müxalifətin danışıqlarda səsləndirəcək vahid mövqe formalaşdırmağa imkanı olacaq", - deyə o vurğulayıb.
Steffan de Misturanın sözlərinə görə, müxalifət vahid nümayəndə heyətini müəyyənləşdirməsə, səlahiyyətləri çərçivəsində silahlı qruplaşmalardan olan nümayəndələri danışıqlarda iştirak üçün seçəcək. Danışıqların gündəliyinə gəldikdə isə BMT Baş katibinin xüsusi elçisi bildirib ki, bunlar dövlətin idarə edilməsi, konstitusiya və seçkilərlə bağlı məsələlərdir. Apa.az