Gündəm

“Ayın ən qənaətcil məktəbi” seçilib

2 Fevral 2017 16:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində yanvar ayı üçün nəzərdə tutulan “Ekologiya və iqtisadiyyat aylığı” başa çatıb.

AzTU-da Gənclər Günü qeyd edilib

2 Fevral 2017 16:54

Fevralın 2-də Azərbaycan Texniki Universitetində (AzTU) 2 Fevral–Azərbaycan Gənclər Günü-nə həsr olunmuş tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov açaraq AzTU-nun rektor əvəzi Xalıq Yahudovun təbrikini gənclərə çatdırıb və bildirib ki, Gənclər Günü ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidi. Prorektor qeyd edib ki, Azərbaycan Texniki Universitetində bilikli, bacarıqlı mühəndis kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və tələbələr də çıxışlarında ölkədə yürüdülən gənclər siyasətindən danışıblar. Bildirilib ki, dünyanın heç bir ölkəsində gənclərə Azərbaycandakı kimi diqqət və qayğı göstərilmir. Hazırda AzTU-nun çoxminli tələbələri sırasında kifayət qədər intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər az deyil. Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə AzTU-nun THİK, TGT və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi tərəfindən təsis edilən diplomlar təqdim edilib.

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

2 Fevral 2017 16:53

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası 2016-cı ilin yekunlarını açıqlayaraq cari il üçün fəaliyyət planı hazırlayıb. Ötən illərdə olduğu kimi klinikanın həkimləri bu il də kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, məcburi köçkünlərə ödənişsiz xidmət göstəriblər. Təkcə noyabr və dekabr  aylarında 223 xəstə müayinə və müalicə olunub. Noyabr ayında Binəqədi və Biləcəri qəsəbəsində  52  nəfər, dekabr ayında isə Pirşağı qəsəbəsi 10N-li internat mərktəbinin 171 sakini peşəkar stomatoloq xidmətindən yararlana bilib. 

Xalq korrupsiyaya qarşı: 300 min adam küçələrə çıxdı

2 Fevral 2017 16:49

Rumıniyada korrupsiyada ittiham olunmuş məmurların və biznesmenlərin aministiya ilə azadlığa buraxılmasına etiraz olaraq Çauşeuskunun devrilməsindən bu yana ən izdihamlı küçə etirazları başlayıb.

Yoxa çıxmış qitə tapıldı

2 Fevral 2017 16:44

Elm adamları şərqi Afrikadakı ada ölkəsi Mauritiusun yerləşdiyi ərazidə üç milyard il əvvəl bir qitənin olduğunu müəyyən ediblər.

Uçot dərəcəsi artırılacaqmı? - Mərkəzi Bankdan cavab

2 Fevral 2017 16:38

Əvvəlki illərdə olduğu kimi, cari ildə də uçot dərəcəsi makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya riskləri, maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Putin 16 generalı işdən azad edib

2 Fevral 2017 16:25

Rusiya prezidenti Vladimir Putin16 generalı işdən azad edib.  Bunlar FHN, DİN və Rusiya İstintaq Komitəsinin yüksək rütbəli zabitləridir. Putinin fərmanına əsasən, 16 generaldan ikisi hərbi qulluqdan xaric edilib. Kadr dəyişikliklərinin səbəbi açıqlanmır. Bu barədə APA-nın “RİA Novosti”yə istinadən xəbər verir.

Siyavuş Novruzov: "Qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir" MÖVQE

2 Fevral 2017 16:24

Gəncləri qabağa verib, qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir. Bunu YAP icra katibinin müavini, Milli Məclisin İctimai biriklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Natiq Kərimovun məhkəməsi qapalı keçirildi

2 Fevral 2017 16:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Nardaran hadisələri ilə bağlı dövlətə xəyanətdə təqsirli bilinən Nardaran qəsəbə sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Pasportların verilməsi qaydasında DƏYİŞİKLİK

2 Fevral 2017 16:17

Əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.

“Qudyalçay, Qaraçay, Vəlvələçay çaylarının çirklənmə səviyyəsi çox zəif olub”

2 Fevral 2017 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında  bildirilib ki, Böyük Qafqazın cənub yamaclarından axan çaylar əsasən kənd təsərrüfatı çirkab suları ilə çirklənməyə məruz qalsa da, il ərzində Qanıx çayında Əyriçayın mənbəyindən 1.7 km aşağıda, Balakənçay, Talaçay, Əyriçay, Katexçay, Dəmiraparançay, Kürmükçay, Göyçay, Türyançay və Qarasu çaylarında özünütəmizləmə aktiv olduğundan çox zəif çirklənmə səviyyəsi müşahidə edilib və bu çayların suyu təmiz su sinfinə aid olub: “Böyük Qafqazın şimal-şərq yamaclarından axan çaylar - Qusarçay (Quzun kəndi ərazisində), Qudyalçay, Qaraçay, Vəlvələçay (Təngəaltı kəndi ərazisində) çaylarının çirklənmə səviyyəsi çox zəif olub. Bu çaylar təmiz su sinfinə aid edilib. Kiçik Qafqaz regionunun çayları - Ağstafaçay, Qabırrı çayı, Tovuzçay, Şəmkirçay, Kürəkçay çayları (Qoşqarçay istisna olmaqla) mülayim çirklənməyə məruz qalıb. Qoşqarçayın çirklənməsində isə Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab suları və zəylik alunit–filiz kombinatının, Daşkəsən filiz zənginləşdirmə kombinatının tullantı suları böyük rol oynadığından bu çay çirklənmiş su sinfinə aid edilib. Ağstafaçayda aparılan müşahidələr göstərib ki, Qazax şəhəri ərazisində çayın çirklənmə səviyyəsi mülayim çirklənmiş su sinfinə aiddir".

Filormoniyada konsert

2 Fevral 2017 15:59

Azərbaycana qənim kəsilənlər

2 Fevral 2017 15:52

Bir qayda olaraq Azərbaycan dövləti uğurlu layihələrə imza atanda, beynəlxalq əhəmiyyətli tədbirlər reallaşdırmaq mərhələsində olanda, ən əsası hakimiyyət xalqın rifah halını yaxşılaşdırmağa yönəlik islahatlar həyata keçirəndə antiAzərbaycan şəbəkəsi və onların daxildəki əlaltıları aktivləşməyə başlayırlar. Hazırda da bu mənfi tendensiya özünü göstərməkdədir. Yenə də “mübarizə meydanında” ənənəvi “oyunçulardır”. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası. Eləcə də cıəmiyyətdə heç bir siyasi nüfuzu və çəkisi olmayan Milli Şuradır.

2016-cı ildə atmosfer havasının çirklənməsi ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlandı

2 Fevral 2017 15:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında bildirilib ki, atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 24 məntəqədə aparılıb.